Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: “Qarabağdakı vəziyyətlə təkcə Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar və strukturlar da məşğuldur”
Mariya Zaxarova

“İndi təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar və strukturlar da Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı məsələlərlə məşğul olur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, burada əsas olan həmin təşkilatların funksiyalarıdır: “Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatının miqyasını nəzərə alsaq, indiki mərhələdə bir tərəfdən bu bəyanatın həyata keçirilməsi prosesi baş verir, digər tərəfdən isə həmin beynəlxalq struktur, orqan və təşkilatların öz səlahiyyətləri çərçivəsində məsələləri həll etməsi üçün iş gedir. Düşünürəm ki, bütün bu proseslərin institutlaşdırılması və razılaşdırılması vacibdir. İndi hər kəs bununla məşğuldur. Bildiyiniz kimi, regionun üzləşdiyi problemlər böyük həcmdədir. Həmin problemlər müxtəlif sahələrə aiddir. Bunlar humanitar məsələlər, qaçqınlar, təhlükəsizlik və minalardan təmizlənmə problemləridir. Bu gün Minsk Qrupu kimi, digər beynəlxalq strukturlar, vasitəçi təşkilatlar, misal üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi də sadaladığım problemlərin həlli ilə məşğul olur. BQKX vəziyyətin tam formatda nizamlanmasında öz rolunu oynaya bilər”.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »