Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Kuboku: Sərbəst güləşçimiz yarımfinala yüksəldi
Güləş

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı ilk iki görüşündə ardıcıl olaraq Strahinya Despiç (Serbiya) və Alexandro Pankorbonu (İspaniya) məğlub edib. O, finala gedən yolda Georgi Rubayevin (Moldova) müqavimətini qırmağa çalışacaq.

57 kq-dakı İslam Bazarqanov 1/8 finalda Andrey Yatsenkoya (Ukrayna), Camaləddin Məhəmmədov (125 kq) 1/4 finalda Robert Barana (Polşa), Gitinoməhəmməd Hacıyev (70 kq) Haydar Yavuza (Türkiyə) uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə, təsəlliverici görüşdə iştirak edəcəklər.

Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) təsəlliverici qarşılaşmada Laura Mertensə (Almaniya) qalib gəlib. Kolesnik bu gün bürünc medal uğrunda Veronika Çumikova (Rusiya) ilə güləşəcək. 65 kq-dakı Elis Manolova isə bürünc medal üçün türkiyəli Aslı Demirhanla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »