Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rus generalının Arutyunyanla öpüşüb-görüşməsi Azərbaycana təhdiddir”- Politoloq
Rüstəm Muradov və Araik Harutyunyan

Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovun Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla səmimi görüşü etirazlara səbəb olub.

Azərbaycan Baş Prokurorluğu tərəfindən müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Araik Arutyunyanla sülhməramlıların rəhbərinin öpüşüb-görüşməsi şiddətlə qınanıldı. Azərbaycan ictimaiyyəti sülhməramlıları və onların rəhbərini cinayətdə ittiham olunan şəxslə diqqətli olmasını və hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etmək kimi vəzifəsinin olduğunu xatırlatdı.

Bizimyol.info-ya açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, Rusiya sülhməramlılarının rəhbərinin Harutyunyanla öpüşüb-görüşməsi Azərbaycana təhdiddir.

Ramiyə Məmmədova Ramiyə Məmmədova

“Qarabağ müharibəsini yaradanların başında Rusiya dayanırdı. Rusiya sülhməramlılarının oarada yerləşdirilməsi məcburi və qaçılmaz idi. Çünki ermənilərin arada sərbəstliyini və onların təhlükəsizliyini qoruya biləcək yeganə ölkədir Rusiyadır-bunu hamı belə göstərir. Rusiya Qarabağda sülhməramlı qüvvələri səviyyəsində iştirak edir. Lakin biz bu fəaliyyəti təkcə ruslarla deyil, Türkiyə ilə də həyata keçirtməyə çalışırıq. Çünki Rusiya Qarabağ məsələsini olduqca qabardır və televiziya kanallarında, radiolarında, tok-şoularına baxanda görürsən ki, bunlar Qarabağı özününkü kimi sayır. Son günlər eşidirik ki, sülhməramllıların orada problemi çıxıb, eləcə də, sülhməramlıların erməniləri Xankəndinə qaytarmaq məsələsi var, sülhməramlılar onlara daha çox yaxınlıq göstərirlər və ermənilər də bundan çox gözəl istifadə edirlər. Məcburuq ki, bu gün Rusiya ilə bərabər hərəkət edək. Rusiya ilə yanaşı Türkiyə ilə mütləq şəkildə hərəkət etmək lazımdır. Rusiyanın erməniləri dəstəklədiyini bildiyimizə görə bütün bu məsələlər Rusiyanın qarşısında zamanında və yerində qaldırılmalıdır.

Rusiya sülhməramlılarının rəhbəri bu gün separatçı qüvvənin rəhbəri Arayik Arutyunyanla öpüşüb-görüşürsə, təbii ki bu Azərbaycan üçün xeyirli bir xəbər deyil və bu təhdid sayılır. Ümumiyyətlə, Rusiyanın Qarabağda olması Azərbaycan ictimiyyətində birmənalı qarşılanmadı, narazılığa səbəb oldu”,-deyə R.Məmmədova bildirib.

Politoloq qeyd edib ki, Qarabağ müharibəsində Azərbaycan qalib gəlib, Qarabağı Azərbaycan işğaldan azad edib: “Buna baxmayaraq Rusiya sülhməramlı qüvvələrinin orada olması Azərbaycanın həm xeyrinədir, həm də ziyanınadır. Çünki onlar orada ermənilərə böyük dəstək verirlər. Rusiya müharibəni, bu vəziyyəti saxlamaqla, Paşinyanı bu müqaviləyə qol çəkməyə məcbur etməklə, Rusiya Ermənistanı bir daha bəladan qurtardı. Lakin bu belə davam edəcəksə Azərbaycan burada yenidən öz məsələsini ortaya qoymalıdır. Çünki atəşkəsin elan olunmasına baxmayaraq, kəndlərdə və meşələrdə gizlənən ermənilər Azərbaycan hərbçilərinə hücum edirlər. Bu məsələ həll olunmasa, yenidən müharibənin başlanması və digər torpaqların geri qayatarılması məsələsinə baxmaq lazımdır. Putinin və onun xarici işlər nazirinin qarşısında bu məsələni qaldırmaq, sülhməramlıların fəaliyyətini sual altına qoymaq lazımdır. Təbii ki, burada yenidənqurma olmalıdır, Qarabağda Rusiya sülhməramlıları azaldılmalı və türk sülhməramlılarının Qarabağda olmalıdır. Bunu Azərbaycan mütləq şəkildə tələb etməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »