Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Bankı 2021-2022-ci illərdə neft qiymətlərində artım proqnozlaşdırır
Dünya Bankı

Dünya Bankı (DB) neftin qiymətinin qarşıdakı iki il ərzində artacağını – 2021-ci ildə bir barelin 44 ABŞ dollarına, 2022-ci ildə isə 50 ABŞ dollarına qədər yüksələcəyini gözləyir.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın Rusiya iqtisadiyyatı barədə hesabatında deyilir.

Bankın mütəxəssislərinin fikrincə, qiymət proqnozu üçün əsas risklər pandemiyanın hələ nə qədər davam edəcəyi və ağırlıq dərəcəsi, o cümlədən təhlükəsiz və effektli peyvəndin hazırlanması və yayılması tempidir.

“Xəstəlik səviyyəsinin daha da artması daha sərt özünütəcridə və səyahət məhdudiyyətlərinə gətirib çıxaracaq və bu, digər xammallarla müqayisədə neftə olan tələbata daha çox təsir edəcək. Amma peyvənd hazırda təxmin ediləndən daha sürətli yayılarsa, neft istehlakı 2021-ci ildə daha çox ola bilər”, - bankdan izah ediblər.

Dünya Bankından həmçinin bu pandemiyanın hər halda qlobal neft istehlakına davamlı təsir göstərəcəyi, onun 2021-ci ilin sonuna qədər COVID-19-un yayılmasından əvvəl qeydə alınan tendensiyadan 5 % az olacağının gözlənildiyi vurğulanıb.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »