Müharibədə iştirak etmiş hər bir əsgər ailəsinin diqqətlə əhatə olunması hamımızın arzusudur. Amma bu həmişə mümkün olmur.
Mediada xəbərləri yayılmış və diqqət görən ailələr olduğu kimi, kənarda qalanlar da var. Elə ailələr olur ki, dərdini öz içində tək başına çəkməli olur. Halbuki qazi və şəhid ailələrinin tək istəyi yada salınmaqdır. Bu məsələ deputat Razi Nurullayevin də diqqətini çəkib.

“Bir kampaniya başladaq. Dünyada 40 milyon azərbaycanlı var. Hər birimiz bir şəhid ailəsinə, bir qaziyə, bir yaralıya, bir döyüşə əsgər göndərən ailəyə baş çəkək, yardım edək və paylaşaq. Marafonu bir-birimizə ötürək. Bir nəfər belə qalmasın. Elə ailə var ki, qapısı döyülməyib.
Borcumuzu verməyə gedək! Xahiş edirəm gözləməyin! Elə bu gündən başlayaq. Mətbuat orqanlarından dəstək gözləyirəm. Geniş paylaşaq və hər kəsə çatdıraq”,- deyə o bildirib.
İlhamə