Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni komandanlığı Çaylaqqala və Köhnə Tağlar kəndlərinə soxulmuş əsgərlərlə "əlaqənin kəsildiyini" bildirir
Erməni əsirlər

Qondarma “dqr ordusu” komandanlığı ötən gün axşam saatlarında “regiondakı bəzi döyüş mövqelərində yerləşən hərbçilərlə əlaqənin kəsildiyini” bildirir. Bu barədə “Kommersnt” yazır. Bildirilir ki, dekabrın 16-na keçən gecədən etibarən “itkin düşmüş” hərbçilərin axtarışı Rusiya sülhməramlıları ilə birlikdə aparılır. “İtkin düşənlərin” sayı dəqiqləşdirilmir, amma “İnterfaks” sosial şəbəkələrə istinadən 100-dən çox hərbçidən söhbət getdiyini bildirir.

“Dünən axşam müəyyən olunmamış səbəblərdən Köhnə Tağlar və Çaylaqqala (erməni versiyasında “hin taher” və “htsaberd”) kəndləri istiqamətində yerləşdirilmiş bir neçə döyüş mövqelərindəki şəxsi heyətlə əlaqə kəsilib. Bütün gecəni və səhərdən axtarış işləri gedir. Erməni hərbi qulluqçularının əsir götürülməsi versiyasının yoxlanılması üçün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə addımlar atılır”,-qondarma rejimin “müdafiə nazirliyi” bildirir.

Bu arada sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin xeyli sayda erməni əsgərini tərksilah edərək əsir aldığı haqda videokadrlar yayılmaqdadır. Xatırladaq ki, Azərbaycan ordusu işğal edilmiş ərazilərin içərilərində, Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində döyüş mövqeləri yaradaraq terror hücumları həyata keçirən erməni yaraqlı dəstələrinə qarşı dekabrın 12-də əməliyyat keçirib. Ordumuz bu kəndləri nəzarət altına alıb, lakin Rusiya sülhməramlı qüvvələrinin kontingenti Çaylaqqalaya və Köhnə Tağlara yeridilib. Ardınca Rusiya Müdafiə Nazirliyi kəndləri Qarabağdakı sülhməramlı əməliyyatlar zonasına daxil edən xəritə dərc edib. Lakin Bakının etirazlarından sonra xəritə dəyişdirilib, Azərbaycan ordusu Köhnə Tağlar kəndinə tam nəzarəti bərpa edib, erməni mənbələri oradakı Rusiya sülhməramlılarının çəkildiyini bildirib. Çaylaqqala kəndində isə dünənə olan vəziyyətə görə sülhməramlılar hələ qalırdı, amma onlar ərazini tərk etmək üçün əmr gözləyirdi.

İstisna deyil ki, erməni tərəfi həmin kəndləri əldə saxlaya bilmək üçün Laçın dəhlizi istiqamətindən ora əlavə qüvvələr göndərib, lakin həmin qüvvələr darmadağın edilib və tərksilah olunub.

Bu gün səhər saatlarında Ermənistanın Şirak vilayətinin sakinləri Ermənistan-Gürcüstan sərhədinə aparan Gümrü-Bavra avtomobil yolunu bağlayaraq Qarabağda əsir düşən əsgərlərin azad edilməsini hakimiyyətdən tələb ediblər. Sakinlər deyirlər ki, Çaylaqqala tərəfdə dünən “itkin düşənlər” Şirak vilayətinin Xorom, Landjik və Azatan kəndlərinin sakinləridir. Və ehtiyatdan Ermənistan ordusunun sıralarına çağırılmışdılar.

Şirak sakini Karapet Poqosyan bildirib: “Bizim vilayətdən 150 nəfər Çaylaqqala tərəfdə əsir düşüb. Onlar dörd gündür mühasirədə idilər, tamam unudulmuşdular və indi onları əsir tutublar. Xorom və Landjik sakinləri yolu bağlayıblar. Azatan kəndinin başçısı məsələni ayrıd etmək üçün Yerevana gedir”.

Digər xəbərə görə, erməni KİV-ləri Çaylaqqala və Köhnə Tağlar ətrafından 30-a qədər “könüllünün” mühasirədən çıxdığını bildirir. Məlumatı Qarabağdakı erməni silahlı birləşmələrinin qalıqlarının komandanlığına istinadən yayırlar, bildirilir ki, qalan erməni əsgərlərinin axtarışı gedir. “Sputnik Armenia” isə iddia edir ki, həmin 30 nəfərlik qrup erməni zabitlərindən birinin Azərbaycan qüvvələri ilə apardığı danışıqlar sayəsində mühasirədən çıxarılıb. Onları Rusiya sülhməramlılarının olduğu yerə aparıblar.

Lakin Şirak vilayətinin digər sakini Ruzanna Tamasyan agentliyə deyib ki, onların yaxınları Şuşanın Kiçik Qaladərəsi kəndində (“hin şen”-erməni versiyasında) əsir götürülüblər. Qadının dediyinə görə, onun kürəkəni “könüllü dəstə” ilə birlikdə üç gündür həmin kənddə mühasirədə idi. Dünən isə sosial şəbəkələrdə yayılan videolarda onlar həmin dəstənin necə tərksilah edilib əsir götürüldüyünü görüblər.

Qadın deyir ki, əsir götürülənlərin çoxu Şirak sakinləridir, şaiyələrə görə onlar əsasən Sarapat kəndinin sakinləridir. Təxminən 150 nəfərlik qrupdan söhbət gedir.

Qeyd edək ki, Azərbaycan ordusu erməni terrorçu qruplarının azad olunmuş ərazilərə sızmasının qarşısını almaq üçün Laçın dəhlizi istiqamətindən Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi (keçmiş adı Kirov) kəndlərinə, habelə Laçın rayonunun Köhnəkənd kəndinə (Kirs) gedən dağ yollarını nəzarətə götürüb. Daha sonra Kiçik Qaladərəsi kəndində Rusiya sülhməramlıları da öz postlarını qurublar.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »