Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atası: Oğlum həlak olandan dünya gözümə görünmür
FHN: Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 5 evə ciddi ziyan dəyib - Foto

Vətən müharibəsi günlərində düşmənin ardıcıl raket zərbələrinə ən çox məruz qalan rayonlardan biri də Bərdə oldu. Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 27 və 28 oktyabrda qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutarkən, ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb. Həlak olanlara şəhid statusu verilib.

Vətənin azadlığı yolunda başlanan bu müharibədə həlak olan dinc sakinlərdən biri də rayonun Qara Yusifli kənd sakini İsmayılov Ehtiram Xəlil oğludur. Ehtiramın 40 yaşı var idi. O məşum günə ,oktyabrın 27-nə qədər xanımı və 3 balası ilə ilə Qara Yusifli kəndində sakit yaşayırdı.

Ehtiram İsmayılov Şəhid olmuş mülki şəxs Ehtiram İsmayılov və ailəsi

Ehtiramın ailəsinin faciəsi barədə onun atası Xəlil Baxşəliyev Bizimyol.info-ya danışır:

“Kəndin ən sıx yerinə düşdü kasset bombası. O ərazidə 20-dək ev var. Oğlumun həyətinə iki raket düşmüşdü. Biri bağda 2 metrliyində düşüb. Dərhal həlak olub. Gəlinimin ayağını, baş sümüyünü və qolunu qırıb. 15 yaşlı nəvəmin qolu qırılıb. 50 gündür dövlət hesabına Bakıda müalicə olunurdular. Bu gün evə buraxılacaqlar. Gəlinim yenidən əməliyyata girməlidir. Allahdan iki nəvəm evdə yox idi deyə onlara heç nə olmamışdı. Ev ziyan çəkmişdi. Özüm hamısını yüngülvari düzəltmişəm ki, ailə qayıdanda girib yaşaya bilsin. Qara Yusiflidə 5 nəfər bu hadisələr zamanı şəhid oldu. Evlər çox dağılmadı, əsas insan tələfatı oldu. Amma kənddən çıxan olmadı. Evi dağılanlar müvəqqəti qohunmlarını evinə yığışdılar.Heç kim kənddən getmədi. Bircə oğlumun evinin işığı yanmır.İnsanlar bəlkə də rahatlanıb. Çox sevinirdim ki torpaqlarımız alınacaq. Oğlumun ölümüyə dünya gözümə görünməz oldu. İndi 3 nəvəm mənim ümidimə qalıb.Birinin 15, birinin 10, birinin də 7 yaşı var.Yaralanan böyük nəvəmdir Aysu İsmayılova”,- deyir naçar qalmış baba.

Xəlil Baxşəliyev deyir ki, hadisə baş verəndən sonra xalq onu tək buraxmayıb.

“Çox gələn oldu. Dövlət qurumlarından da olub, adi insanlar da müxtəlif şirkələr də. Dərdimizə şərik oldular. 6-7 nəfər gəldi. SOCAR-ın, Zahid Orucun adından, İcra Hakimiyyətindən gəlib maddi mənəvi dəstək olanlar oldular. Ehtiram rəhmətə getdi. Gəlinim bu gün gəlib. Hələ bu günlər ƏƏSMN-in yerli şöbəsinə gedəcəm. Bilək görək bizə hansı sosial yardımlar ediləcək. Dövlətin evlərin təmir tikintisi üçün vəsait ayırdığını eşitmişəm. Gəlib Ehtiramın da evinə baxıb, hesablayıb gediblər. Amma, hələlik heç nə almamışıq. Yəqin olar. Hələlik əsas dərdim gəlinimlə nəvəmdi. Bilmirəm gəlinim yeriyə biləcəklər ya yox”.

Həyat zamanla axarına düşəcək, balacalar da böyüyəcəklər. Ata nəfəsi olmadan bir yanları hər zaman buruq, hüzünlü olacaq.Gedənlərimizin, şəhidlərimizin yeri dolacaqmı? Yox. Unudacağıqmı? Əsla. Övlad acısıyla ürəyi yanan ataya, 3 şəhid balasına, ömür yoldaşını itirən gəlinə isə məlhəm yalnız bu qurbanlar naminə azaa edilmiş vətən torpağı və bu vətən övladlarının onlara göstərdiyi qayğı ola bilər. Bunu əsirgəməməliyik.

Qeyd edək ki, Prezident tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında”

Bu Sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınmışdır.

İlhamə

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »