Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim “Covid-19” vaksinlərinin yan təsirlərindən qorxan insanlara səsləndi
Peyvənd - Həkim iynə

“Covid-19” virusundan qorunmaq üçün artıq dünyanın müxtəlif ölkələrində vaksinlər sınaqdan keçirilir. Bizi vaksin təbii immunitetdən daha uzun müddətli necə qorumağı bacaracaq?

Həkim Şahin Məmmədov Bizimyol.info-ya bildirib ki, bu cür fikirlər çoxunu narahat edir. Hətta həkimlərin də arasında bəziləri düşünür ki, vaksin vurdurmağa dəyməz, çünkü uzunmüddətli qoruyacağına inanmırıq.

“Elementar dildə izah edim ki, virusun çoxsaylı zülalı var. Bunların bəziləri vaxtaşırı mutasiyaya uğrayaraq dəyişir. “Covid-19” virusu da bir neçə dəfə mutasiyaya uğrayıb. Bəzi zülalları isə stabildir və mutasiyalar zamanı dəyişikliyə uğramır. Həm də təbii immunitet bu zülalların bəzilərinə daha güclü yaranır, nəinki digər zülallarına. Vaksin düzəldən şirkətlər stabil və daha güclü immunitet yarada bilən zülalı seçirlər. Sanki tam üzümü yox, onun dənəsini çoxaldıb insana vururlar.

İnsan “Covid-19”u yüngül keçirtdikdə onun bədənində çox zəif immunitet, ağır keçirənlərdə isə daha güclü immunitet əmələ gəlir. Virusu təkrar keçirənlərdə bu immunitet biraz daha güclənir.

Fikir vermisizsə, hazırda bütün vaksinlərin ortaq cəhəti odur ki onların hamısı 2 dəfə vurulacağı təqdirdə uzun müddətli qoruyacağını vəd verir. Sanki təkrari yoluxmada olduğu kimi 2 dəfə vurulduqda bu immunitet güclənəcək.

Qısacası vaksinasiya olunmuş şəxsdə virusu təkrari və ağır keçirmiş insanların immuniteti əmələ gələcək. Həm də xəstəliyi keçirtmədən. Xarici tibbi məqalələrdə qeyd edilir ki, “Covid”i ağır keçirənlər ən yaxşı halda həyatda qalsalar da, bir müddət sonra səbəbsiz ürək döyünmə və aritmiyalar, qırmızı qurd eşənəyi, revmatoid artriti xatırladan şikayətlər müşahidə olunur”.

Həkim vaksinlərin yan təsiri olacağından qorxan insanlara səslənərək bildirib ki, aptekdə reseptsiz satılan istənilən dərmanın yan təsirləri mövcuddur.

“Sözsüz ki, hər bir dərmanın əlavə təsirləri var. İnsanlar “təhlükəsiz” və “zərəri olmayan” sözlərinin fərqini anlamalıdır. Adi “ibuprofen”i götürək. Mədə qanaxması verə bilər. Bu dərmanı əlavə təsirinə görə təhlükəli adlandıra bilərikmi? Aptekdə reseptsiz satılan istənilən dərmanın yan təsirləri mövcuddur. Ona görə də nəticə etibarı ilə vaksinlər xəstəliyə yoluxmaqdan qat-qat daha təhlükəsizdir. Yaxın günlərdə vaksinlər bizim ölkəyə də gətiriləcək, hamıya şiddətlə tövsiyyə edirəm”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »