Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Azərbaycana qarşı təxribatlar: “Hərbi qələbəmizə adekvat diplomatik qələbəyə çalışmalıyıq”
Erməni əsirlər

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradından sonra Qarabağda təxribatlar artıb.

Belə ki, erməni terrorçuları hərbçilərimizə hücum edirlər. Rusiya sülhməramlıları isə Qarabağda hər gün bir xəritə cızaraq dövriyyəyə buraxır.

Ötən gün isə Rusiyanın dövlət televiziya kanalı da Azərbaycana qarşı əsassız iddialar irəli sürüb. Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib. Halbuki işğaldan azad edilən ərazilərdə yerləşən kəndlərdə və meşələrdə gizlənən terrorçular Azərbaycan hərbçilərinə hücum ediblər.

Biz dəfələrlə gördük ki, Rusiya hər dəfə belə təxribatlarla nəzarət etdiyi əraziləri genişləndirməkdə maraqlıdır. Bunu hər gün dövriyyəyə buraxdığı cızdığı xəritələrdə görürük.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova Bizimyol.info-ya bildirib ki Azərbaycan öz maraqlarını, hərbi üstünlüyünü hər zaman prioritet olaraq diqqətdə saxlanılmasına çalışmalıdır.

“Rusiya ola bilər ki, öz mandatından kənara çıxmaq istəsin, hər halda daha çox ərazi daha geniş imkanlar deməkdir. Lakin burada Azərbaycanın hərbi qələbəsi nəticəsində yaranmış status-kvo şəraiti nəzərə alınmalıdır və inanmıram ki, Rusiya bunu belə açıq-aşkar formada görməzdən gəlsin. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında 11 noyabrdan sonra yerləşdirilmiş xəritələrin bu günlərdə yenilənməsi, sonradan isə yenidən əvvəlki formaya qaytarılması proseslərdə ziddiyyətli məsələlərin olduğunu güman etməyə əsas verir.

Rusiya buna çalışdı, çalışmadı, biz öz maraqlarımızın, hərbi üstünlüyümüzün hər zaman prioritet olaraq diqqətdə saxlanılmasına çalışmalıyıq. ATƏT-in Minsk qrupunun həmsədrləri arasında hazırda mövcud olan qarşıdurmada bizə müəyyən manevr imkanları verə bilər. ABŞ-da Baydenin hakimiyyətə gəlişi, Türkiyə və ABŞ, eləcə də Rusiya ilə ABŞ arasında münasibətlərin kəskinləşməsi bizi çətin seçim qarşısında qoya bilər, lakin biz hərbi qələbəmizə adekvat diplomatik qələbəyə də çalışmalıyıq ki, sahədə qazandıqlarımızı masada itirməyək”,- deyə politoloq N.Məmmədova bildirib.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər
Son xəbərlər
Bütün xəbərlər »