Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tvinninq layihəsinin idarəedici komitəsinin iclası keçirilib
Gömrük Komitəsi

“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsinin idarəedici komitəsinin onlayn formatda 2-ci iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

İclasda Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi və Layihənin rəhbəri Anar Süleymanov və İtaliya tərəfindən layihə rəhbəri Giovanni Piccirillo açılış nitqi ilə çıxış ediblər.

Daha sonra rezident tvinninq məsləhətçisi, İtaliya Gömrük və İnhisar Agentliyinin nümayəndəsi Antonio Lo Parco layihənin 2-ci rübünü əhatə edən 2020-ci ilin sentyabr -dekabr ayları ərzində həyata keçirilmiş fəaliyyətlər üzrə təqdimatla çıxış edib.

Görüşdə layihənin icrası üzrə 2-ci rüblük hesabatlar, üçüncü rübdə həyata keçiriləcək tədbirlərlə əlaqədar iş planı müzakirə edilmiş və təsdiq olunub.

İclasda, həmçinin hər iki ölkədən olan Layihə icra qrupunun üzvləri, Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edirdilər.

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »