Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST-ün Azərbaycandakı nümayəndəsi: “COVİD-19 üçün tövsiyə etdiyimiz spesifik bir dərman yoxdur”
Hande Harmancı

“Hazırda Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 xəstəliyi üçün tövsiyə etdiyi spesifik bir dərman yoxdur”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O deyib ki, tövsiyə edilən dərmanların demək olar ki, hamısı simptomatik müalicə üçün lazımlıdır. Yəni məsələn, temperatur varsa, onun azaldılması, öskürək olanda bununla bağlı, ağrılar olanda ağrıksici kimi dərmanlar istifadə olunur. Amma bu virusu öldürən və yoluxan şəxsi sağaldacaq konkret bir dərman yoxdur. Virus zamanı istifadə edilən dərmanların hazırda az olub-olmamağı barədə məlumatım yoxdur”.

Hande Harmancı qeyd edib ki, orqanizmə əlavə mikroblar, bakteriyalar da düşürsə, bu zaman müxtəlif antibiotiklərin istifadəsi lazım olur. Amma bununla bağlı hamının gedib həkim məsləhəti olmadan aptekdən antibiotik alıb istifadə etməsi düzgün deyil: "COVİD virusu bitəcək, elə bilirik ki, bitməyəcək, amma keçəcək. Dünyada indiyə qədər də bir çox pandemiyalar olub, amma bunun üçün lazım olmayan antibiotiklərin istifadə edilməməsi çox vacibdir”.(apa)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »