“Covid-19”-a yoluxanların sayı durmadan artmaqdadır. Artıq demək olar ki, hər birimizin bu xəstəliyə yoluxmuş və ya bu xəstəlik səbəbi ilə dünyasını dəyişmiş tanışlarımız, yaxınlarımız var. Artıq inanmayan insanlar da artıq əvvəlkindən fərqli olaraq indi bu virusdan qorxmağa başlayıb. Hansısa zəruri səbəblərdən çölə çıxmağa məcbur olan vətəndaşlar virus daşıyıcısı olan xəsətələrlə rastlaşacağı qorxusu ilə yaşayır.
İnsanlar ən çox sual verirlər ki, mən testi müsbət çıxmış adamla qarşılaşmışam. Yoluxma ehtimalım nə qədərdir?
Həkim Şahin Məmmədov Bizimyol.info-ya bildirib ki, qarşılaşma gün ərzində cəmi 1 dəfə baş veribsə, bu yaxın kontakt sayılmır.
“”Covid”ə yoluxmaq elə asan deyil. 24 saat ərzində total 15 dəqiqə olmaqla, “Covid” xəstəsi ilə 2 metrdən az məsafədə olmaq lazımdır ki, bu yaxın kontakt sayılsın.
Yaxın kontaktda olan insanlar isə protokolla 14 gün ərzində işə çıxa bilməz və özünü karantinə almalıdır. Bu dövrdə hansısa bir dərman, antibiotik, antiviral, deksa və ya sistem lazım deyil. Evdə olsalar da fiziki aktiv olmalıdırlar. Vitamin kompleks qəbul etsinlər. İmkan varsa axşamlar melatonin 1 tablet içsinlər ki, yaxşı yata bilsinlər. Gün ərzində 2 dəfə temperaturu ölçməlidirlər. 37.5 temperatur qeydə alınarsa, həkimlə əlaqə saxlamalı və test verməlidirlər”,-deyə bildirib.
Leyla Mirzə