Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni general, terrorçu xuntanın "müdafiə naziri" döyüldü
Xəstəxana

Dağlıq Qarabağda terrorçu xuntanın "müdafiə naziri", general-mayor Mikael Arzumanyan dünən axşam saatlarında möhkəm döyülüb.

Bu barədə araşdırmaçı jurnalist Elçin Alıoğlu məlumat verib. Onun sözlərinə görə, generalı müharibəyə göndərdikləri övladları barədə xəbər tuta bilməyən valideynlər döyüblər.

“İkinci Qarabağ Savaşında itkin düşən erməni hərbçilərin, xüsusilə də qarabağlı erməni "döyüşçü"lərin valideynləri M.Arzumanyandan övladlarının taleyi barədə konkret məlumat istəyiblər.

Onlar axtarışların aparıldığını, bu prosesin necə getdiyini, Qarabağdakı rusiyalı sülhməramlıların komandanlığı ilə zəruri təmasların olub-olmadığını soruşublar.

M.Arzumanyanın mücərrəd, konkretlikdən çox uzaq cavabları erməni valideynləri sinirləndirib və onlar "nazir"ə hücum çəkiblər.

Xəsarət almış M.Arzumanyanın hospitala aparıldığı iddia olunur.

İkinci Qarabağ Savaşında sadəcə, qarabağlı ermənilər arasından 442 nəfərin itkin düşdüyü vurğulanır.

Ermənistan Müdafiə Nazirliyinin Qarabağa hərbi əməliyyatlara yolladığı hərbçilər arasında isə bu rəqəmin 971 nəfər olduğu iddia edilir”,- deyə jurnalist bildirib.

İlhamə

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »