Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Atalarının üstündə gələn bayrağı hər gün öpüb qoxlayırlar” - Foto
Şəhid cənazəsi

Məmmədov Elvin Dayandur oğlu 5 sentyabr 1988-ci ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdu. Hərbçi idi Elvin. Vətənə ömrünü, gününü və nəhayət canını verdi.

Elvin Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib. 8 noyabr taxirində Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elvin bu vətənə 2 övladını və ömür gün yoldaşını əmanət qoyub gedib

Elvin Məmmədov - Şəhid Şəhid Elvin Məmmədov

Şəhidin xanımı bildirir ki, Elvin sanki şəhid olacağı günü gözləyirdi.

“Müharibə başlayan gündən döyüşlərdəiştirak edib. Çox qorxmaz, mərd insan idi. Hərbiyə çox böyük marağı var idi. Bizəzəng vuranda deyirdi ki, şəhid olsam ağlamayın. Başınızı dik tutun. Sanki bizi buna hazırlayırdı. Övladlarımız ataları ilə qürur duyur. “Atamız bizə bayraq gətirib” deyirlər. Elvinin üstündə gələn bayrağı hər gün öpüb qoxlayırlar”,-deyə şəhidin xanımı bildirir.

Leyla Mirzə

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçiləri meyitləri aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »