Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hande Harmancı: "Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgəsinə yaxın yerlərdə müşahidə etdik"
Hande Harmancı

“Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgələrinə yaxın yerlərdə, xüsusilə Tərtər və Ağdamda müşahidə etdik".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, bu da gözlənilən bir şeydir: “Bu yerlərdə uzun illərdir münaqişə səbəbindən gərginlik var. İnsanların o yerlərə gedib özlərini təhlükəsiz hiss etmələri və səhiyyə xidmətləri göstrmələri üçün şərait çətindir. Sonuncu müharibədə də səhiyyə işçilərinin daha təhlükəsiz yerlərə getməyi normal bir şey idi. İndi həmin yerlərdə əskik olan səhiyyə işçilərini geri gətirmək çox vacibdir. Səhiyyə Nazirliyi də bununla bağlı işləyir. Bir sıra layihələrlə Azərbaycana dəstək olduğumuz kimi, bəlkə bu məsələdə də dəstək ola biləcəyimizi düşünürük, amma təbii ki, qısa müddətlik. Uzun müddətli həll üçün bunun yenidən planlaşdırılması lazımdır. Bütün dünyada insanlar daha çox paytaxta və böyük şəhərlərə yaşamağa və çalışmağa gedirlər. Bu səbəbdən biz həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-lə birgə çalışmaq istəyirik ki, uzun müddət üçün səhiyyə işçilərinin planlaşdırılmasını edək. Ancaq belə uzun müddətli plan olarsa, bu məsələyə cavab tapmaq mümkün olar”.(apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »