Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank Respurlika məşhur Bank of New York Mellon ilə əməkdaşlığa başladı
2

Bank Respublika-nın maliyyə vəziyyəti və fəaliyyət profilini hərtərəfli təhlil edildikdən sonra Bank of New York Mellon ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi. Bu qərar, ilk növbədə, kontragentlərin banka olan yüksək etibarını və beynəlxalq bazarda qüsursuz işgüzar reputasiyasını göstərir.

Bank of New York Mellon 1784-cü ildə təsis edilib və ABŞ-ın ən qədim banklarından biri sayılır. Bankın 40-dan çox ölkədə nümayəndəlikləri var. Bu gün Bank of New York Mellon, aktivlərinə görə dünyanın ən böyük investisiya şirkətlərindən biridir.

Banklar, həmçinin xəzinədarlıq əməliyyatları sahəsində əməkdaşlıq barədə razılığa gəldilər. Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika-nın fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradacaq.

"Son illərdə ABŞ banklarında müxbir hesablarını açmaq üçün Amerika bank sistemi bir sıra mürəkkəb prosedurlardan keçmək və ciddi tələblərə tam uyğun gəlməyi nəzərdə tutur. Bank of New York Mellon-un müsbət qərarı həm bankımıza, həm də ümumilikdə Azərbaycanın bank sektoruna olan yüksək etimaddan xəbər verir", - deyə Bank Respublika İdarə Heyətinin sədri Tariel İsmayılov bildirdi.

Qeyd etmək lazımdır ki, bu artıq Bank Respublika-nın Amerikadakı ikinci ABŞ dollarında olan müxbir hesabıdır. Bank of New York Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar üzrə Azərbaycan bank bazarının liderlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »