Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirilib
Mənzil - Bina

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.

Fondan “APA-Economics”ə verilən məlumata görə, ötən müddət ərzində İKZF-nin razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Qeyd edək ki, hazırda Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Fond tərəfindən Sumqayıt şəhərində satmaq öhdəliyi ilə kirayə təklif edilən yaşayış sahələrinin siyahısı bir qədər də genişləndirilib. Belə ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Bir daha bildiririk ki, Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »