Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlyasın şəhid olmasını Ermənistan kanalları da göstərib” – Şəhidin xanımı
İlyas Nəsirov

Nağıllarda, dastanlarda qəhrəmanların olduğunu düşünürdük. Vətən müharibəsi bizlərə bird aha Azərbaycanda nə qədər cəsur, qorxmaz, igid oğullarının olduğunu göstərdi. Fəxr etdik onlarla, qürur duyduq azərbaycanlı olmağımızla.

Qanı ilə tarix yazan qardaşlarımızdan biri də, Nəsirov İlyas Arzuman oğludur.

O, 4 iyul 1985-ci ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdur. Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirmiş və 2002-ci ildə hərbi xidmətə yollanmışdır. Kəşfiyyat bölüyündə xüsusi təlim keçmişdir.

Daha sonra N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində çalışmış. İşlədiyi müddətdə kiçik çavuş rütbəsinə yiyələnmişdir.

2012-ci ildə o, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunur. 2013-cü il 7 mart tarixində "Azərbaycan Respublikası Silahlı Qüvvəloərinin 90 illiyi”, daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi”,2016-cı ildə “Qüsursuz hərbi xidmətə görə III dərəcəli” medallara layiq görülüb.

Hətta Azərbaycan Respublikasının prezidenti İlham Əliyevləgörüş keçirmiş və görüşün nəticəsində prezident tərəfindən qızıl saat hədiyyə edilmişdir.

İlyas Nəsirovun həyat yoldaşı Aytəkin Nəsirova bildirib ki, o, 21 oktyabrda Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

“2010-cu ildə ailə həyatı qurmuşuq 3 övladımız var. İlyas çox az hallarda evdə olurdu. 10 il evlilik müddətində hesaqlasaq cəmi 1 il evdə, bizim yanımızda olub. Uşaqlar çox gec-gec görürdülər atalarını. Şəhid olan gün uşaqları başqa yerə göndərdim ki, psixoloji travma almasınlar. Sonradan başa saldım ki, atanız şəhid olub. Buna baxmayaraq oğlum mənə sual verir ki, “ana, o tabutun içərisindəki atam idi?” Deyir ki, mən bilirəm ki, atam qayıdıb gələcək. Hələ dəatasının yolunu gözləyir.

İlyas ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Hətta İlyasın şəhid olmasını erməni kanalları da göstərib. Bildiriblər ki, məhz İlham Əliyev tərəfindən şəxsən təltif olunan Nəsirov İlyas Arzuman oğlunu məhv etdik”, -deyəbildirir şəhidimizin xanımı Aytəkin xanım.

Allah rəhmət eləsin. Unutmadıq, unutmayacağıq,unutdurmayacağıq.

Leyla Mirzə

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »