Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası: "Zəng etdi ki, ana, ad gününü etmə, mən gələrəm, birlikdə qeyd edərik” - Foto, Video
Şəhid anası: "Zəng etdi ki, ana, ad gününü etmə, mən gələrəm, birlikdə qeyd edərik” - Foto, Video

Müqəddəs Quranda buyurulur: "Şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardı".

Şəhidlik ən böyük zirvədir və adi ölümdən fərqli olaraq, torpaq, Vətən uğrunda özünü qurban verməkdir.

Şəhidlərimiz işğal altında olan torpaqlarımızın azad olunmasında canını belə əsirgəmədən öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışladılar.

Bu günkü qələbəmizdə xüsusi yeri olan, Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan , şəhid olan kəşfiyyatçılarımızdan biri də Elvin İslamov olub.

Elvin İslamov

Şəhid Elvin İslamovun yaşadığı məhəllədə onun xatirəsinə bulaq büstü çəkilib. Şəhidin 40 mərasimində, büstün açılışında bütün məhəllə cammaatı ,ağsaqqallar iştirak edib. Büstün hazırlanmasında maddi , mənəvi dəstək verən qonşular, şəhidin yoldaşları Elvinlə bağlı çıxışlar edib.

Şəhidin adına quran oxunub , dualar səslənib. Şəhid verən ailələrin övladlarına başsağlığı verilib.

Elvin İslamov Vətən müharibəsi başlanan ilk gündən cəbhəyə yollanıb.

Şəhidimizin qısaca ömür yoluna nəzər salaq və yaddaşımıza həkk edək.

Elvin İslamov Bakının Yasamal rayonunda anadan olub, yaşayıb. 158 saylı orta məktəbi bitirib. Əsgərliyini Ağdamda ön cəbhədə başa vurub. Bayraq meydanında mühafizəçi işləyib.

Anası Sevinc İslamovanın sözlərinə görə, Elvin kəşfiyyatçı olub. Sentyabrin 21- də əsgər çağırışına gedib və 1 həftə təlimdə olub . Sentyabrın 27-də isə ordan cəbhəyə yola salınıb.

Oktyabrın 4-nə kimi Elvinlə əlaqə saxlanılıb. Hamı ilə telefon əlaqəsi quraraq, danışaraq hal-əhval bilib.

“Elə bil ürəyinə dammışdı. Hamıdan hallalıq alıb. Elvin mənə deməyib. Dostuna zəngində bildirib ki, anamdan halallıq alarsan: "Sağollaşıram , mən gedirəm, şəhid olmağa".

Oktyabrın 9-da Elvin şəhid olub. Mühasirədə qalıb. Oktyabrın 29- da Elvini və yoldaşlarını o döyüş zonasından götürə biliblər . Oktyabrın 30 -da isə şəhid xəbəri gəlib, dəfn edilib.

Elvin İslamov

“Mənim senyabrın 30-da ad günüm idi, zəng etdi ki, ana, ad gününü etmə. Mən gələrəm, birlikdə qeyd edərik”- deyir anası.

Vətən müharibəsinin ilk günündən ağır döyüşlərə qatılaraq cəbhənin ən qaynar nöqtələrindən biri olan Cəbrayılın azad olunmasında iştirak edib.

Sevinc İsmayılova Elvin haqqında qürür hissi ilə danışdı: Üzümü şəhid analarına tutaraq deyirəm ki, başınızı dik tutun, Vətən sağ olsun. 5 oğlum olsaydı, onu da şəhid verərdim. Amma Elvin üçün çox darıxıram. Onunla birgə olduğum günlər yadıma düşür. Deyirdim ki, evlən. Yox, 30 yaşına heç çatmayacam, şəhid olacam deyirdi. Necə dedi , elə də oldu. 26 yaşında şəhid oldu. Elvin həm cəsur, həm də ürəyi yumşaq olub. Fizulinin Qoqan kəndi alınmaz, cətin yer olub. Yığılıb 25 nəfər kəşfiyyatçı ora gediblər. 7 nəfər əsgər irəlidə gedib. Onları vurublar. Sonra isə qalan kəşfiyyatçıların sayəsində kənd alınıb.

Elvinin atası Elçin İslamov oğlu haqqında xatirələrini bizimlə bölüşdü. Dedi ki, oğlu əsgərlikdən qayıdandan sonra deyib ki, müharibə olsa, ən öndə gedəcəm, Şəhadətə ucalacam. Oğlum Elvin bir

bacının tək qardaşı idi. Yaşadığı məhəllədə hamı onu gözləyirdi. Amma şəhid olaraq qayıtdı. İndi yaşadığı küçədə Azərbaycan bayrağı dalğalanır. Camaatda şəhidə qiymət vermək yüksək şüur var. Allah razı olsun onlardan. Nə qədər ağır olsa da, Elvin mənim övladım idi. Özü getdi, amma xatirələri mənimlə qaldı. Onun qazi dostu xəstəxanadan birbaşa 40 mərasiminə qatıldı. Əsgərin qarnını qəlpə aparıb, hələ qarnı yox idi, tikilməmişdi. O vəziyyətdə Elvinin məclisinə gəldi. Öğlum o hörməti, sadiqliyi qazanıb yəqin ki, o vəziyyətdə, bəlkə də həkimlərdən icazə almayıb, qaçıb gəlib, məclisə qatılıb. Süfrədə yemək yeyəndə bacısına deyərdi ki, mənə yaxşı qulluq et, mən şəhid olacam. O vaxt o sözləri deyəndə, bəlkə də o sözlər bizim üçün qiymətli deyildi. Onu elə bil ilahi qüvvə danışdırıb, şəhid olmağa hazırlaşıb. Mən özüm də 1-ci Qarabağ döyüşçüsü, müharibə veteranı olmuşam. O vaxtlar müharibədə biz uduzduğumuza görə yəqin bizə soyuq münasibət bəsləyirdilər. Təbii də belə olmalıydı. Qalib mühakimə olunmaz, deyirlər. Həmişə onlara baxıb, qibtə edirdim ki, Allah insana necə böyük ürək verib ki, övladını itirəsən, qürurla oğlunun tabutunun başında dayana biləsən. Allah bizə də onu yaşatdı. Mən qürur hissi keçirirəm. Bizə düşən də odur ki, uşaqların əziyyətini itirməyək. Adlarını yaşadaq, unudulmasınlar.

Elvinin bacısı Yeganə İslamova bir an kövrələrək, danışmağa çətinlik çəkdi: "Həmişə ona sual verəndə ki, müharibə olsa, gedərsən? Cavab verirdi ki, niyə getmirəm. Heç nədən qorxmurdu. Cəbhədə onlara deyiblər ki, Fizulidə Qorqan kəndi var, ora getsəniz, qayıtma şansınız 10 faizdir, aranızda varmı belə igid? Mən fəxr edirəm ki, o igidlərdən biri də mənim qardaşım olub".

Şəhidlər ölmür! Torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.

Ruhunuz şad olsun!

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »