Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirus testləri niyə bahadır? - Ramin Bayramlı CAVAB VERDİ
Ramin Bayramlı

“Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiymətilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz”.

Bunu modern.az-a özəl açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Azərbaycanda test qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması və bundan doğan narazılıqla bağlı sualı cavablandırarkən bildirib.

TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum ancaq xəstələrin müalicəsilə məşğuldur:

“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq, 20 minə qədər testi ölkəmiz üçün tam olaraq, ödənişsiz həyata keçiririk. Bu barədə məlumat da hər gün ictimaiyyətə açıqlanır. Xaricə gedənlər, öz istəyilə gündə 3 dəfə, 5 dəfə analiz vermək istəyənlər özəl müəssisələrdə analiz verə bilər, biz buna qarışa bilmərik.

Bilirsiniz ki, bizdə bu işlə məşğul olan qurumlar var. Kimlərinsə testlə bağlı narazılığı varsa, müvafiq qurumlara müraciət edə bilərlər. Bizim işimiz xəstələrin müalicəsini təşkil etmək, stasionar xidmətə baxmaq və əhalinin simptomlu qisminin analizini aparmaqdır”.

R.Bayramlı qeyd edib ki, Azərbaycan ən çox test həyata keçirən ölkələr sırasındadır:

“Siz dünya statistikasına baxsanız, görərsiniz ki, ölkəmiz indiyədək 2 milyon ödənişsiz test edib və ən çox test həyata keçirən ölkələrdən biridir”.

Xatırladaq ki, hazırda özəl tibb müəssisələrində koronavirus testlərinin qiyməti 90 manatdan yuxarıdır.

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »