Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyəmizin "can bazarı" - Koronavirus gəlir mənbəyinə çevrilib
Koronavirus xəstələri

Bu bir sirr deyil ki, hər fəlakətin öz qazananları var. Müharibələrin törədilməsi, qorxunc xəstəliklərin, narkomaniya və silah bazarının inkişafı milyonların göz yaşları hesabına bir ovuc insanın pul gölündə üzməsi deməkdir. Molla istəyər daha çox yas olsun. Biz səhiyyə xidmətləri təklif edən sektorun fəaliyyətini yarıtmaz kimi görmüş ola bilərik. Amma baxır kim məsələyə hansı aspektdən baxır. Ötən illə müqayisədə səhiyyə sənayesinin gəlirləri 6-7 dəfə artıb. Yaranmış vəziyyət idxalçıya da sərf edir. Daha çox çalışmadan, daha çox məhsul idxal etmədən, əziyyət çəkmədən sadəcə qiyməti artıraraq dəfələrlə çox gəlir əldə edə bilir.

Pandemiyanın ikinci dalğası ölkəmizdə indi özünü kəskin dərman çatışmazlığı , xəstəxanalarda yer çatışmazlığı şəklində göstərdi. Ən pisi də buunla qalmır. Var olan tibbi yardım vasitələrinin yüz qat artığına satıla bilməsi üçün möhtəkirliyə yol verilməsidir. Can bara qoyulub.

“Antivirial" preparat apteklərdə satdırılır. Tərkib eyni olsa da, qiyməti 15 manatla 2 min manat arasında dəyişir. Xəstəxanalarda çarpayı yerləri satılır. Koronavirus xəstəsinin Bakıdakı "elitar" xəstəxanalara düşməsi müşkül məsələdi. Niyyəti qətidirsə, 2 min manatla 5 min arasındakı fərqlə rüşvət verməyə hazır olmalıdır.

Həmin xəstəxanalarda pasiyentlər üçün ayrılmış dərmanların da bir qismi çıxarılır, satılır.

"Kleksan", antiqoaqulyantlar, "Acetaminophen", "İbuprofen", "Naproxen", "Favipiravir", "Arbidol", "Azitromitsin", "Hidroksixloroxin", "Qrippferon", "İnqavirin", "Qalavit", "Avifavir", "Koronavir", "Remdesivir", "Lopinavir", "Deksametazon" - apteklərdə əvvəlki dönəmlərlə müqayisədə dəfələrlə baha qiymətə satışdadır. Təbii ki, qiymətlər süni şəkildə bahalaşdırılıb.İş o yerə çatıb ki, xəstələrə veriləcək 1 doza preparat 3 yerə bölünür, 3 pasiyentə verilir. Təbii ki, belədə onların effektiv müalicəsindən söhbət belə, gedə bilməz. Xəstə yaxınları içəri buraxılmadıqlarına görə, alıb içəriyə göndərdikləri dərmanlaın da öz xəstəsinə verilib verilməməsindən xəbərsiz qalır. Çox xəstə zəng edib baxılmamasından şikayət edir. Evdə müalicə daha yaxşı effekt verir, nəinki bazar yerinə dönmüş xəstəxanda.Əhali bir ildir narazılıq edir, nədən indiyədək Səhiyyə Nazirliyində, TƏBİB-də bir rüşvətxor, korrupsioner cəzalandırılmayıb, bir cinayət işinə başlanmayıb?

Səhiyyə və dərman təchizatı sahəsində faəliyyət üçün yaranmış vəziyyət kifayət qədər sərfəlidir. Onlar bu prosesin daha uzun müddət davam etməsində maraqlıdırlar. Bu gün bu bazarda dərman idxalıyla əsasən 3 iri şirkət məşğul olur ki, onların da arxasında yüksək məmurlar dayanır. indiki halda gecdir. Yaranmış vəziyyətdə avtoritar idarəetmə üsullarından istifadə daha məntiqli görünür. Bazarlarda balon qiymətlər formalaşmasın deyə, nə qədər qeyri-etik səslənsə də sahibkarlara konkret tapşırıqlar olmalıdır. Başqa sözlə bazara diqtə edilməlidir. Bütün məsələlərdə diqtə var.

COVİD-19 koronavirusu səhiyyə sistemindəki korrupsionerlər üçün əməlli gəlir mənbəyidir.

Maraqlı faktları diqqətinizə çatdırmaq istəyirəm. Çinin Uhan şəhərində yerləşən bioloji labarotoriya "Glaxo"ya məxsusdur. Hansı ki, vaksini istehsal edən Pfizer şirkətinin sahibidir. Şirkət "Black Rock" fondu tərəfindən idarə olunur.Hansı ki, "Soros Foundation"-nın açıq fondlarını idarə edir. "Glaxo" Fransanın "AXA" şirkətinə xidmət göstərir., Almaniyanın "Wintertor" şirkətinin sahibidir. Əsas səhmdarı maliyyə nəhəngi "Vanguard"dır və o da öz növbəsində "Black Rock"un əsas səhmdarlarından biridir. O, əksər böyük banklara nəzarət edir və dünyanın investisiya kapitallarında 1/3 sahibdir. Eyni zamanda "Microsoft"un əsas səhmdarlarındandır."Glaxo" vaksini ən çox satılan Pfizer-in əsas səhmdarlarındandır Ümumdünya Səhiyyə Təşkilatının əsas sponsorlarından biridir. Nəticə çıxarmaq hər kəsin öz işidir.

Bu gedişlə korona bitsə də başımıza yeni yeni xəstəliklərlə oyun açılması, bioloji silah müharibələrinin başlanması istisna deyil. Biz ölkə olaraq buna hazırıqmı? Yox. İkinci dalğanın olacağını bilə bilə əlaqədar qurum dərman ehtiyatı görmək vəzinə hələ ki , xalqı günahlandırır. Bu xalqı bir ovuc məmur öz gəliri naminə koronavirusla məhv edib sonuna çatacaqdısa azad edilmiş o torpaqlarda kim qurub yaradacaq? Qarabağdakı terrorçu ermənilər məhv edildi, qaldı içimizdəkilər.

İlhamə

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
Son xəbərlər
Bütün xəbərlər »