Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan müharibədəki itkilərinin sayının çox olduğunu təsdiqlədi
Ermeni hərbi geyimi

Ötən gün Cəbrayıl və Füzulidən daha 64 erməni əsgərinin meyiti Ermənistana aparılıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qarabağda qardaşını və qardaşı oğlunu axtaran Arsen Qukasyan bildirib.

“İndi (dünən axşam-red) hökumət binasının qarşısındayam, burada yekun vurulur. Bugünkü məlumata görə, 64 meyit gətiriblər. 41-i Cəbrayıldan, 23-ü Füzulidən”, - deyə o bildirib.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. Ermənistanın səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib. Son günlər açıqlanan rəqəmlər ermənilərin itkilərinin sayının 3 000-i ötdüyünü sübut edir.

Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölkənin insan itkisinin sayının az olduğunu iddia edib. Lakin Səhiyyə Nazirliyi bununla Müdafiə Nazirliyinin iddialarını təkzib edib.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »