Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponlar olimpiadaya qarşı çıxır
Yaponlar olimpiadaya qarşı çıxır

Qlobal səhiyyə böhranı dünyanı normal həyat tərzindən çıxardı. Sanki daha heç nə əvvəlki kimi olmayacaq.

İndi idman da başqa mərhələ yaşayır. Bir il təxirə salınan Tokio Yay Olimpiya Oyunları ilə bağlı məsələ tam həllini tapmayıb.

Bizimyol.info xəbər verir ki, yaponlar olimpiadaya qarşı çıxır. NHK telekanalının telefonla apardığı sorğu belə deməyə əsas verir. Çünki fikri soruşulanların 32 faizi, ümumiyyətlə, Yay Olimpiya Oyunlarının keçirilməsini istəmir. Yəni indi dünyanın başqa işlərlə məşğul olmasının vacibliyini düşünürlər.

Tokio, Yaponiya Tokio, Yaponiya

Respondentlərin 31 faizi turnirin yenə təxirə salınmasını məqsədəuyğun sayır. Yalnız 27 faizi hesab edir ki, 2021-ci ildə Tokio Olimpiya Oyunları keçirilməlidir.

Sorğuda 18 yaşdan böyük 2100 nəfər iştirak edib. Mütəxəssislər hesab edir ki, ölkədə yoluxma statistikasında rekord qeydə alınması yaponların fikrinə ciddi təsir göstərib. Yaponiyada indi daha çox infeksiya ilə mübarizə haqda düşünürlər.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
Son xəbərlər
Bütün xəbərlər »