Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tədrisdən xəbəri olmayan səlahiyyətlilərin savadsız sifarişləri
Vüsalə Ağabəyli

Önəmlilər dəyərsiz... dəyərlilər önəmsiz... İlgililər bilgisiz... bilgililər ilgisiz...

Müharibə bir tərəfdən, pandemiya digər tərəfdən, "online" dərslər, texniki çatışmazlıq, internet qıtlığı, cəbhəyanı bölgələrdə yaşayan tələbələr...və tədrisdən xəbəri olmayan səlahiyyətlilərin savadsız sifarişləri.

Nədənsə, Təhsil Nazirliyindən də bir açıqlama, izahat yoxdur bu aralar. Hazırki vəziyyətə uyğun olaraq, imtahanlar tələbə-müəllim-dekanlıq razılığı əsasında təşkil olunmalıdır. İstər müəllim olsun, istərsə də tələbə, əgər lazım olan vasitələrlə, təlimlərlə, bilgilərlə təmin edilməyibsə, sifarişçilərin "utopik" göstərişlərini həyata keçirməyə borclu da deyillər. Microsoft Teams platformasında təşkil olunan dərslər müəllimlərin öz vicdanına bağlıdır. O ki, qaldı imtahanlara. İmtahan nə "quiz"dir, nə yarışmadır, nə də səviyyə testi. Platformanın internet aktivliyini təmin etmək hələ bir tərəfə, nəzərə alsaq ki, tələbələrin böyük əksəriyyəti komputerlə deyil, megabayt yükləyərək telefonlarla dərsə və imtahana qoşulur, verilən zaman kəsiyində həmin tələbənin telefonda yazaraq cavablandırma və mətnyazma sürəti komputerdə yazma sürətindən və ya ənənəvi imtahanlarda olduğu kimi vərəqlərdə yazma sürətindən qat-qat aşağı olacaq. O zaman tələbənin taleyi necə olacaq?

Bu baxımdan da, mövcud şəraitə uyğun olaraq, tələbələrin arzusu və vəziyyəti nəzərə alınmaqla, imtahanı şifahi təşkil etmək mümkündür. Üstəlik də, xüsusilə də, ixtisas fənlərindən imtahan verən yuxarı kurs tələbələri üçün testi necə yazı elementi hesab etmək olar, axı? Məntiqsiz sifarişlərə əsasən, nəzarətsiz şəkildə evdə kitab-dəftər əlinin altında oturan tələbəyə kim cavabdehdir ki, o kitabdan köçürməyəcək? Budur obyektiv yanaşma? Bəs tələbə təqaüdü üçün yaranan rəqabət? Bir də bu savadın sahibləri yüksək maaşlarla yuxarı vəzifələrdə oturub özündən qat-qat artıq olanlara göstəriş verib öz hikkəsini yeritməyə çalışırsa, günahkar kimdir?

Bəyəm indi reytinq davasının vaxtıdır? Universitetlərin reytinqini də nüfuzdan salan belə savadsız kadrlardır. Reytinq süni şişirdilmiş göstərici kimi görünə bilər, lakin universitetlərin real reytinq göstərici onun əmək bazarına verdiyi savadlı kadrlardır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »