Koronavirusa yoluxanların sayının artmasına səbəb sayının az olması və test müayinələrinin baha olmasıdır.
Bunu Bizimyol.info-ya açıqlamasında həkim Sevindik Şirinov bildiribş
Həkim qeyd edib ki, əksər xəstələr özündə koronavirusun əlamətlərini hiss etdikləri halda heç sahə poliklinika həkiminə müraciət etmir: “Təbii ki bu da test verməməsinə gətirib çıxardır. Xəstə olan şəxs artıq ən azından öz ailə üzvlərinin xəstələnməsinə gətirib çıxardır. Düşünürəm ki test etməmişdən öncə hər bir şəxs xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət edərək lazımi funksional və labarator müayinələrdən keçməlidir.
Təəsüflər olsun ki, bəzi özəl xəstəxanalarda testlərin qiyməti bahadır. Buna əsaslanaraq vətəndaşlar müayinələrdən imtina edir. Bu da öz növbəsində bir sıra fəsadlara gətirib çıxardır”.
Ramid İbrahimov