Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə sistemi kökündən dəyişməlidir, monopoliyaya son qoyulmalıdır - Həkimdən açıqlama
həkim

Son zamanlar koronovirus qurbanlarının sürətlə artması sosial mediada müzakirələrə səbəb olub.

Müzakirələrdən çıxan nəticə odur ki, bu gün itkilərimizin əhəmiyyətli hissəsi ötən 20 il ərzində normal səhiyyə və tibbi sığorta sistemi qura bilməməyimiz, ölkənin dərman təlhükəsizliyini təmin edə bilməməyimiz, yerli dərman istehsalı sənayesi yarada bilməməyimiz, tibb sahəsi üzrə ixtisas paylayan elm müəssisələrimiz rüşvətlə işləməsindən qaynaqlanır.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Cəmiyyətdə müzakirələrə səbəb olan bu məsələ ilə bağlı həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirib ki, səhiyyə sahəsində islahatlara ehtiyac var.

“Koronavirus qurbanlarını seçmirlər. Özünü qorumayanlar bu virusa yoluxurlar. Məsələn, dünən Türkiyədə çoxdan şəxsən tanıdığım, Avropanın sayılı estetik cərrahlarından olan Erçin Öztürk də koronadan vəfat etdi. Bizdə olduğu qədər olmasa da, belə faktlar var. Xəstəxanalara milyonlarla vəsait ayrılıb, rayonlarda müasir tipli xəstəxanalar tikilib, təmir olunub, ən müasir texnika ilə təchiz edilib, amma hər kəs Bakıya gəlir. Çünki kadr yoxdur.

Azərbaycan Tibb Universitetində hər şey kökündən dəyişməlidir. Dünya nano-texnologiyanı tibbdə tətbiq edib, bizdə hələ də 70-ci illərin dərsliklərini müasirləşdirilmiş varinatından dərs keçilir. Bu günün alim və müəllim heyəti 70-80-ci illərin tələbələridir. Əksəriyyəti pul və ya kiminsə qohumu olduğu üçün o dərəcəyə çatıb.

Üzdə olan həkimlərimizin əksəriyyəti Türkiyədə və Avropada magist təhsili alan gənclərdir. Əgər elədirsə, belə tibb universiteti nəyə lazımdır?”,-deyə M.Hüseynov bildirib.

Həkim qeyd edib ki, ölkənin dərman təhlükəsizliyi 30 ilin problemidir: “Bu gün apteklərdə keyfiyyətli dərman tapmaq problemə dönüb, əksər dünya miqyaslı istehsalçılar Bakıdakı nümayəndəliklərini bağlayıblar. Səbəbi isə normal iş üçün şəraitin olmamasıdır. Problem 1-2 deyil, çoxdur. Elementar bir misal çəkim, baxın görün dərmanların qeydiyyatı ilə məşğul olan idarədə neçə nəfər proffesional kadr var? Və ya ölkədəki aptek şəbəkə və depo sahibləri, iş adamlarının neçəsi profesional əczaçıdır?

Elelmentar parasetomol dərmanının istehsal edilməməsi regionun lider ölkəsi üçün utanc faktıdır. Sadəcə ayıbıdır bu sözü dilə gətirmək, amma bu belədir. Hətta Taciksitanında belə qanəvəzedicilər fabriki var. Bunun üçün 1,5-2 mln yatırım lazımdır. Nəzərə alsaq ki, iş adamlarımız xaricə bunun 100 qatını yatırdır, özünüz düşünün. Niyə Azərbaycana yox, deyək ki Qazaxstana, Gürcüstana, Özbəksitana yatırım edirik?

Bu gün siz çantanızda şəxsi istifadə üçün 3 qutu dərmanı Bakıya gətirə bulməzsiz. Onu da vurğulayım ki, vaksin işi hər zaman dövlət monopoliyasında olub”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »