Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: COVID-19-un Britaniyadakı növü daha sürətlə yayılır
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

COVID-19 virusunun Böyük Britaniyada aşkarlanmış yeni növü daha sürətlə yayılır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun COVID-19 pandemiyası üzrə xüsusi elçisi David Nabarro “Sky News”a açıqlamasında bildirib.

O, həmin virusun o qədər də təhlükəli olmadığını da qeyd edib.

“Mövcud məlumatlara görə, bu məsələ Birləşmiş Krallıqda virusa qarşı mübarizədəki hədəflərə əsaslı dəyişiklik gətirməyəcək”, – deyən ekspert yenə də ictimaiyyəti ayıq-sayıq olmağa çağırıb.

Ötən gün ölkənin səhiyyə naziri Matt Hankok COVID-19-un yeni növünə 1 000-dən artıq yoluxma halı aşkarlandığını, bunun ölkənin cənub-şərq bölgəsində koronavirusun sürətlə yayılması ilə bağlı ola biləcəyini açıqlamışdı. Nazir bu barədə ÜST-in də xəbərdar etdiklərini bildirib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »