Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adil Allahverdiyev: "CoronaVax vaksini 95-97 faiz effektlidir"
Adil Allahverdiyev

“Çində olan "CoronaVac" vaksinini hazırlayan şirkət uzun illərdir bu istiqamətdə çalışır”.

Bizimyol.info xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O bildirib ki, bu vaksin əsasən immun sisteminə təsir edərək antiteli yaratmağı hədəfləyir: ”Aparılmış araşdırmalar sona çatmaqdadır. Vaksinin 95-97% civarında effektiv olması qənaətinə gəlinir. Üçüncü faza olaraq tədqiqatlarda Türkiyə də iştirak edir. Bu vaksin minlərlə insana verilir və təsiri yoxlanılır. Vaksinin təsirləri bu gün ümidvericidir. İnaktiv vaksinlərin hazırlanmasında Çin önə keçdi və daha tez bazara çıxaracaq. Türkiyədə də koronavirusa qarşı vaksin hazırlığında ikinci fazaya keçiblər. Digər vaksinlər ənənəvi deyil, yenidir. Ona görə də Çində hazırlanan vaksin daha təhlükəsizdir. Bu vaksinin neçə ay təsir edəcəyini sonra açıqlayacaqlar”.

A.Allahverdiyev bildirib ki, bəzi insanlar koronavirusa yenidən yoluxur: “Bu immun sisteminin verdiyi cavabla bağlıdır. İnsanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq. Vaksin tətbiq zamanı bəzi şəxslərdə immun sistemi aktivləşməyə də bilər. Bu da mümkündür”.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »