Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini: "Vaksinlərin saxlanılması üçün soyuq zəncir sistemi mövcud olmalıdır"
Vaksin - peyvənd

“İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik. Onlarda aparılan işlərlə bağlı gündəlik məlumatlıyıq və artıq işbirliyi yaradılıb”.

Bizimyol.info xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, Türkiyə artıq 50 milyon dozaya qədər CoronaVac vaksininin alınması ilə bağlı razılıq əldə edib. Vaksinin əldə edilməsində onun təhlükəsizliyi xüsusi önəm kəsb edir. Vaksinin istifadəsinə yalnız təhlükəsizliyə tam cavab verəndən sonra icazə verilə bilər. Yalnız üçüncü mərhələdən sonra, eyni zamanda ölkənin standartlarına cavab verərsə, bu vaksinlərdən istifadə etmək olar. Azərbaycanda bu məsələ "Dərman vasitələri haqqında" qanunla tənzimlənir. Epidemiya və digər fövqəladə hallarda vaksinlərin idxalına icazə verilə bilər. Bunun üçün Səhiyyə Nazirliyi müxtəlif parametrlərin araşdırılması nəticəsində Nazirlər Kabinetinin qərarı ilə onların idxalına və istifadəsinə icazə verə bilər. Vaksinlər temperatura həssas yanaşır. Müxtəlif vaksinlər müxtəlif temperaturlarda saxlanmalıdır. Bunun üçün soyuq zəncir sistemi mövcud olmalıdır”.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »