"COVID-19 ortaya çıxarkən onun olmasına inanmayanlar ailəsində yoluxanlar olduğunu gördükdən sonra inanmağa başladılar. İndi də vaksinlərlə bağlı da eyni sözlər danışılır".
Bizimyol.info xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Elmi Tədqiqat Tibbi Profilaktika Institutunun direktoru, professor Adil Allahverdiyev deyib.
"Insanın yaşaması üçün immun sistemi olmalıdır. Onu qorumaq üçün
vaksinasiya lazımdır. Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik. Vaksinasiya ilə biz immun sistemimizi hazır vəziyyətə gətiririk. Vaksin deyərkən təhlükə törədən viruslarla orqanizimi tanış edirik. Bundan sonra orqanizim həmin virusa qarşı aktivləşir",- o deyib.