Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramin Bayramlı: "Antigenlərə qarşı anticisimləri sintez etsək, nəticə əldə edə bilərik"
Ramin Bayramlı

“SARS CoV-2 virusu ağciyərlərdəki hüceyrələrə daha çox yayılır”.

Bizimyol.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, virusun təhlükəli hissəsi olan RNT çoxalmağa başlayır: “Bu da bədənə zülalların daxil olmasını əngəlləyir. Antigenlərə qarşı anticisim deyilən maddələri orqanizmdə sintez etdirə bilsək xəstəliyə qarşı mübarizə də apara bilərik. Anticisim sintez edə bilməyən orqanizm xəstəliyə tab gətirə bilmir. Bu gün xəstəliyi ağır keçirən 10 % insan məhz bu qəbildən olanlardır. Törədiciyə qarşı konkret müalicə üsulu tapmaq lazımdır. Ən doğru seçim vaksinasiya metodudur. Bəzən bir insanın həyatını xilas etmək bir çox mütəxəssis çalışır və təbii ki, yoluxma riski də artmış olur”.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »