Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada 5 deputat təkrar koronavirusa yoluxub
Rusiya - Moskva

Rusiya parlamentinin aşağı palatasının 5 deputatı təkrar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda bildirib.

Onun sözlərinə görə, ötən gün aparılan test nəticəsində daha 11 deputatın koronavirusa yoluxduğu məlum olub: “Bundan əlavə, ən çox narahatedici məqam 5 deputatın təkrar bu virusa yoluxmasıdır. Antitel işləməyib, onlar yenidən virusa yoluxublar. Ümumilikdə, bu günə kimi 157 deputat koronavirusa yoluxub və sağalıb. Hazırda xəstəxanada müalicə olunan deputatlar da var”.

Dumanın spikeri xəstəliklə bağlı vəziyyətin sadə olmadığını qeyd edib. O, deputatları vətəndaşlara nümunə olmağa və Yeni ili evdə keçirməyə çağırıb.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »