Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın terror hücumu “afterşoklar”dır… – Arkov
Vitali Arkov

Kağız üzərində müharibəni asanlıqla dayandırmaq olar, lakin “afterşok”lar bir müddət davam edəcək. Kağız üzərində generallara “topları susdurmaq” əmrini də vermək olar, lakin qarşı duran qonşu xalqların düşüncə tərzini bir gecədə dəyişmək mümkün deyil. Axı bu iki xalq - biri haqlı, digəri yalandan da olsa, Qarabağı öz əzəli torpağı hesab edir.

Visiontv.az xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov deyib.

“Erməni icmalarının nümayəndələri məhz bu səbəbdən baş verənlərə görə Nikol Paşinyanı günahlandır. Amma Paşinyanın üçtərəfli Bəyanatı imzalanması Ermənistanın bu günü və gələcəyi üçün müsbət əhəmiyyət daşıyır. Bu, Paşinyanın Ermənistan hökumətinin başçısı postunda edə bildiyi yeganə xeyirxah iş də sayıla bilər. Təəssüf ki, o, bunu təzyiq altında və çox gec etdi. Nikol çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirə bilərdi. Bunun əvəzində isə o, təmas xəttində və sərhəddə təxribatlara əl atdı. Bununla da o, Ermənistanı iqtisadi kollaps və vətəndaş müharibəsi ilə üz-üzə qoydu”, - deyə ekspert bildirib.

Arkov qeyd edib ki, əslində, Azərbaycanda da heç də hamı bu üçtərəfli sənəddən razı deyil:

“Azərbaycanda müharibənin sonadək davam etdirilməsini vacib sayanlar az deyil. Bunu deyənlərin çoxunu “divan strateqləri” də adlandırmaq olar. Belə reallıqlarda əfsuslar olsun ki, sülhün tam şəkildə bölgəyə qaytarılması və mehriban qonşuluğun bərpa olunması barədə danışmaq asan deyil.

Xoşbəxtlikdən, İlham Əliyev başda olmaqla, Azərbaycan rəhbərliyində və Ermənistandakı bəzi mütərəqqi ictimai-siyasi qüvvələrdə sülh və mehriban qonşuluq meyillərini müşahidə edirik. Ümid edək ki, bu qüvvələrin səyləri nəticəsində Bakı və İrəvan Moskvanın vasitəçiliyi ilə yenidən danışıqlar masasına qayıdacaq”.

Arkov iddia edib ki, həmsədr ölkələrdən “bəzilərinin” (Fransanı nəzərdə tutduğu aydındır – red.) hərəkətlərindən və buna Bakıda və Moskvada verilən reaksiyalarından sonra ATƏT-in Minsk Qrupunun formatını artıq unutmaq olar:

“Cənubi Qafqazda yeni müharibənin dayandırılmasında Rusiya rəhbərliyinin mühüm rolunu Azərbaycan və Türkiyə liderləri qeyd edirlər. Son günlər Qarabağda baş verən hadisələr isə Rusiya sülhməramlılarının sülhün bərqərar olmasının təminatçısı kimi regionda olmasının vacibliyini göstərir”, - deyə Arkov qeyd edib.

Qeyd edək ki, 26 noyabr və 8 dekabrda hadrut ətrafındakı meşələrdə gizlənən erməni silahlılar terror hücumu həyata keçiriblər. Nəticədə 4 əsgərimiz şəhid olub, yaralananlar var.

Azərbaycan DTX-sı buna cavab olaraq 11 dekabrda anti-terror əməliyyatına başlayıb və ermənilərin gizləndiyi meşələri və Köhnə Tağlar və Çaylaqqala kəndlərini nəzarətə götürüb. Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə giriş-çıxış da Ordumuzun nəzarətinə keçib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
Son xəbərlər
Bütün xəbərlər »