Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın Baş naziri Hindistana səfər edəcək
Boris Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayında Hindistana səfər edəcək.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Bu, B. Consonun Baş nazir kimi Hindistana ilk səfəri olacaq. Səfərin məqsədi iki ölkə arasında ticarət, investisiya əlaqələrini və iqlim dəyişikliyi mövzusunda birgə əməkdaşlığı gücləndirməkdir.

“Hindistan Sakit okean regionunda əsas oyunçu olaraq Birləşmiş Krallıq üçün getdikcə əvəzolunmaz bir tərəfdaşa çevrilir. Biz iş yerlərini artırmaq, təhlükəsizliyimiz üçün ortaq təhdidlərlə qarşılaşmaq və planetimizi qorumaq üçün birgə çalışırıq”, - deyə B. Conson bildirib.

B. Conson Hindistanın hər il Yeni Delhidə keçirilən Respublika Günü paradına da qatılacaq.(apa)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »