Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin mesajını alan Rusiya geri çəkilməli oldu" - Açıqlama
Rusiya - Moskva

2 gün öncə Rusiya sülhməramlılarının Qarabağda həddini aşan xəritə qalmaqalı dünən gecə Rüstəm Muradovun yeni xəritə dərc etməsilə səngidi. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı rus sülhməramlılar yenidən öz yerlərinə qayıtdılar. Təbii ki, bu məsələdə Azərbaycan tərəfinin narazılığı, ictimaiyyətin reaksiyası və bir də qardaş Türkiyənin də rolu oldu. Belə ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan etdi ki, Türkiyə məsələlərə seyrçi qalmayacaq: “Müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəliyi götürmüşük”.

Elə İran tərəfinin də Ərdoğanın “Arazı ayırdılar” bayatısına cavab olaraq səsləndirdiyi kəskin ritorikası “yanlış anlamış ola bilərik” kimi mülayim bir açıqlama ilə dəyişdi. Amma yəqin hər kəsə məlumdur ki, bu sakit suların altında burulğanlar var və ən kiçik bir təxribatla gözlənilməz hallar baş verə, hadisələrin gedişatı dəyişə bilər. 44 gündə Rusiya prezidentinin "biz Ermənistana hər cür dəstək verdik" etirafını unutmadıq. Rusiyaya Cənubi Qafqazda hegemon yox, müttəfiq rolu təklif olunur. Bu təklif Türkiyə və Azərbaycan bu təkliflə özlərinə təhlükə, Rusiyaya səmərə vermiş olsa da görünür ayı caynaqlarını ilişdirdiyi torpaqdan qansız, qadasız çəkmək niyyətində deyil. Rusiya sözdə qəbul etsə belə özünə gərəkli situasiya yaranmış olsa bunu mütləq əvvəlki mövqeyini qazanmaq üçün istifadə edəcək. Bu vəziyyəti yaratmaq üçün bir an belə dayanmayacaq.

Xalq olaraq bizə düşən 44 gün ərzində nümayiş etdirdiyimiz birliyi qorumaq, dəmir yumruq şəklində qalmaqdır. Bəs bu dəmir yumruq yenidən müharibədir deyib masaya vurulacaqmı? Bu ehtimal varmı?

Tərlan Eyvazov Tərlan Eyvazov

Bizimyol.info-nun sualını ehtiyatda olan zabit, politoloq Tərlan Eyvazov cavablandırır.

“Azərbaycan bu vaxta qədər Rusiyanın gəlməsinə, yerləşməsinə əndrəbadi işlərinə reaksiya verməmişdi. Amma dünən bütün ictimaiyyətin ciddi narazılığı ilə qarşılaşdılar. Ermənistan ərkəsöyünlük edəndə Rusiya həmişə onlara keçiblər, biz nə qədər pişim-pişimlə yanaşsaq da, başımızdan basmağa çalışıblar. Amma biz artıq qalib ölkə ritorikası ilə danışıb başa saldıq ki, bizimlə bu tonda danışmaq olmaz. Bütün baş verənlər bizim suveren torpaqlarımızda baş verir, Türkiyə yanımızdadır. Hulusi Akar öz mesajı ilə başa saldı ki, Ermənistana bu birtərəli münasibət davam edərsə, Türiyə qoşunları hərəkətə keçə bilər və bunun üçün bütün hüquqi əsaslar, dövlət səviyyəsində müqavilələr var. Rusiya məsələnin ciddiliyini dərk edib, geri çəkilməyə məcbur oldu”.

Hulusi Akar Hulusi Akar

Rusiya Qarabağda özbaşına xəritə əməliyyatı ilə bizim nəbzimizi yoxlayırdı? Sualımıza ekspertin cavabı bu şəkildə oldu.

“Yox, bu həmişə belə olub. Moskva həmişə Bakıya "gözlə" deyib. Ən yaxşı müdafiə hücumdur. Biz bu dəfə hücum mövqeyində dayandıq. İndi qarşısında başqa bir Bakı görüncə Rusiya düşünməli oldu”.

Qarabağda döyüşlər dayansa da, masa üzərində siyasi danışıqlar davam edir və dünyanın ən qaynar müzakirə mövzusu hələ də Qarabağdır. Ermənistan cəmiyyəti itkiləri ilə barışa bilmir, bu son deyil deyir. Yeni döyüş təhdidləri səsləndirilir. Yenidən müharibə alovlanarsa, əvvəlki kimi ildırımsürətli qələbə imkanımız olacaqmı? Nəzərə almalıyıq ki, indi hərbi taktikamızı çoxları örnək olaraq gördü. Dost da, düşmən də. Tərlan Eyvazov isə hesab edir ki, narahatlığa əsas yoxdur.

“Bu dəqiqə Ermənistan və Rusiya yeni texnologiyalarla silahlansa belə, onların təcrübəsi, tətbiqi zaman istəyir. Bu dəqiqə üçün onlar bunu çətin edə bilərlər. Həm onlar hazırlaşacaqsa, biz də yerimizdə saymayacağıq. Daha yeni uğurlar üçün lazımi addımlar atılacaq”.

İlhamə Rəsulova

Paylaş »
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
Son xəbərlər
Bütün xəbərlər »