Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Biz istərdik ki, kredit faizləri birrəqəmli olsun"
Milli Məclis

Azərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir.

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Tahir Mirkişili deyib.

Deputat bildirib ki, banklarda kredit faizləri yüksəkdir: “Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".

T.Mirkişili qeyd edib ki, ümumilikdə Azərbaycan banklarında 20 minə yaxın əmanəti olan 850 mindən çox fiziki şəxs var ki, onlar sahibkardır: “Ümumilikdə qanunda nəzərdə tutulan fiziki şəxslərin banklarda olan 20 min manata qədər vəsaitinin sığortalanması 17 milyard manatı əhatə edəcək ki, bu da hazırda kifayət qədər yaxşı rəqəmdir”.

Deputat hüquqi şəxslərin banklarda olan vəsaitinin sığortalanması ilə bağlı məsələyə də münasibət bildirib: “Hüquqi şəxslərin imkanı var ki, bank seçimi edə bilsin. Hüquqi şəxslərin vəsaitlərinin sığortalanması qanunvericilikdə yeni yanaşmadır. Buna bəlli müddətdən sonra qayıda bilərik. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında əsas prinsip bütün məsuliyyətin bankın üzərinə qoyulması ilə bağlıdır. Dövlətin burada əsas yükü fonda kömək etməkdən ibarətdir. Son zamanlar Mərkəzi Bamk fonda köməyi kredit formasında edib”.

T. Mirkişili Dövlət Neft Fondunun vəsaitlərinin xaricdə saxlanması məsələsinə də toxunub: “Dövlət Neft Fondunun vəsaitlərinin xaricdə saxlanması Azərbaycanda makroiqtisadiyyata müsbət təsir etmək üçün tətbiq olunan mexanizmdir. Rusiyada bu mexanizm tətbiq edilmir, bu da iqtisadiyyatda təlatümlərə səbəb olur. Vəsaitin təxminən 70%-ə yaxını Azərbaycan iqtisadiyyatına sərf olunur”.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
Son xəbərlər
Bütün xəbərlər »