“Qarabağda təxribatların olacağı gözlənilirdi. Hələ 44 günlük Vətən müharibəsi başlamamışdan öncə ermənilər partizan müharibəsinə hazırlaşdıqlarını deyirdilər”.
Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Ş.Ramaldanov qeyd edib ki, Ermənistan hökumətinə tabe olmayan əli silahlı qüvvələr Qarabağdadırlar: “Görünür ki burada olan terrorçular, PKK-çılar hələ Azərbaycan ərazilərini tərk etməyiblər. Biz artıq terrorçularla mübarizəyə başlamışıq. Güc strukturları anti-terror əməliyyatları davam etdirəcəklər.
Qarabağda təhlükəsizlik tədbirlərini görmək üçün hələ çox işimiz var. İstər minaların təmizlənməsi, istərsə də terrorçuların məhv edilməsi fəaliyyətləri olacaq”.
Ramid İbrahimov