“Vasif Talıbovun dayısı oğlu, Naxçıvan Sement Zavodunun baş direktoru Bunə Gömrük İdarəsinin keçmiş rəisi müavini Mikayıl Cəfərov koronavirusdan dünyasını dəyişib. Allah rəhmət eləsin. Talıbovun dayısıoğlunu doğulduğu Aralıq kəndində (Şərur rayonu) deyil, Bakıda dəfn etmək üçün təyyarə ilə paytaxta göndəriblər”.
Bu fikirləri araşdırmaçı jurnalist Cavanşir Həsənli səsləndirib.
Onun sözlrinə görə, Naxçıvan Muxtar Respublikasında hazırda koronavirusla bağlı durum kritik vəziyyətdədir.
“Ölkəboyu sərt karantin rejiminin tətbiq olunmasına, MR boyu faktiki yoluxmanın yüksək həddə olmaslna və hər gün onlarla adamın virus səbəbindən dünyasını dəyişməsinə baxmayaraq Naxçıvan rəhbərliyi hələ də vəziyyətin ciddiliyini nəzərə almaq istəmir. Təsəvvür edin, nəinki ölkəboyu, hətta bütün dünyada sərt karantin tədbirləri görülür, Naxçıvan Muxtar Respublikasında sentyabrdan adi qaydada məktəblərdə dərslər davam etdirilir, nəinki davam etdirilir, hətta şagirdlərin dərslərdə iştirakı və davamiyyəti məcburi xarakter daşıyır. Naxçıvan əhalisi narahatdır, amma sədrin məqsədəuyğun hesab etmədiyi təhlükə haqqında danışmaq olmaz.
Ölkəboyu, eləcə də bütün dünyada pandemiyanın yaratdığı təhlükənin Naxçıvana aidiyyəti yoxdur. Muxtar Respublikada maska öhdəliyi yoxdur, icazəli çıxış bir yana ümumiyyətlə dükan-bazarlarda sərbəst hərəkətlilikdir”,- deyə o bildirib.