Dünən düşmən əsirliyində olan 12 azərbaycanlı vətənə gəldi. Təbii ki, sevindik. Lakin sosial şəbəkələrdə insanların rəyləri bunu deməyə əsas verir ki, hamını eyni sual narahat edir. Niyə Ermənistana 44 əsir verdik, 12 vətəndaşımızı əsirlikdən azad etdik.
Bu suala cavab verən araşdırmaçı jurnalist Elçin Alığolunun fikirnə görə burda anormal heç nə yoxdur.

İnsanlarda arazılıq var ki, niyə adekvat rəqəmlər deyil.
Əvvəla, "hamının hamıya" prinsipidir. Sonra da ki, bizim bir əsgərimiz o tiqranoidlərin 10 ədədindən də üstündür.
İsrail kimi davranırıq və bu, əladır.
Xatırladım ki, 2006-cı ilin iyunun 25-də Livandakı HƏMAS qruplaşmasının tərkibindəki "İzəddin əl Qəssam" terror dəstəsinin üzvləri İsrail ordusunun əsgəri Gilad Şaliti oğurlayıb əsir almışdılar. Gilad rabat, yəni kapral rütbəsində idi.
5 il 4 aylıq əsirlikdən sonra Gilad 2011-ci ilin oktyabrın 18-də mübadilə nəticəsində azad oldu.
Onun əvəzində İsrail 1027 fələstinli məhbusu azad etdi. Həmin məhbusların 407 nəfəri 599 israillini qətlə yetirməkdə suçlanaraq həbs olunmuş terrorçulardı. Azərbaycan üçün hər vətəndaşının həyatı ən böyük dəyərdir. 12 vətəndaşımızın düşmən əsirliyindən qurtulması üçün 44 yox, 444 ədəd tiqranoid nədir ki?”.
Milli Məclisin deputatı Razi Nurullayev bu məsələyə belə aydınlıq gətirdi. Mən əsirlərin qaytarılması məsələsində əsla o düşüncədə deyiləm ki, Azərbaycan hansısa zəiflik göztərib. Güzəştə gedib. Yəqin ictimaiyyətə açıqlanmayan məsələlər var. Həm də “hamının hamıya” prinsipini Azərbaycan tərəfi irəli sürüb. Görünür, “Qırmızı Xaç”ın siyahısında olan əsirlərin sayı o qədər də çox deyil. Gizlədilib başqa yerdə saxlanılanlar ola bilər. Amma rəsmi siyahıda olanların hamısı qaytarılacaq.
İlhamə