Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi açılıb
Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - Foto

Salyanda yaşayış yerini qanunsuz tərk edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Bəydilli kəndində yaşayan Ələkbər Əkbərovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

Belə ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə xəbərdarlıq olunmasına baxmayaraq bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Ələkbər Əkbərov Bəydilli kəndinin inzibati ərazisində ictimai yerdə olması polislər tərəfindən müəyyən edilib. Polislər təcili tibbi yardım avtomobili vasitəsi ilə həmin şəxsi yaşadığı evə qaytarıblar.

Onun barəsində Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »