Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST rəsmisi: "Şaxta babanın koronavirusa qarşı immuniteti var"
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

“Yaşlı olmasına baxmayaraq, Şaxta babanın COVID-19-a qarşı immuniteti var və bu il də hər kəsə hədiyyələr çatdıracaq”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bazar ertəsi günü keçirdiyi brifinqdə bildirib.

“Şaxta baba risk qrupuna aid insanların yaşında olduğu üçün bütün dünyada uşaqların narahatlıqlarını bölüşürük. Ancaq onu deyə bilərəm ki, Şaxta babanın bu virusa qarşı immuniteti var. Onunla qısa bir söhbət elədik, o qaydasındadır. Şaxta babanın xanımı da yaxşıdır. Dünyanın bir çox dövlət başçıları bizə bildiriblər ki, Şaxta babanın onların ölkəsinin hava məkanına daxil ola bilməsi üçün karantin məhdudiyyətlərini müəyyən qədər yumşaldıblar. Odur ki, o, bütün hədiyyələri çatdıracaq”, - ÜST rəsmisi belə deyib.

Van Kerkhove onu da əlavə edib ki, bununla yanaşı, uşaqlar Şaxta baba ilə məsafə saxlamağın və şəxsi gigiyena ilə bağlı valideynlərinin bütün tələblərinin yerinə yetirilməsinin vacibliyini də unutmamalıdırlar.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »