Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı milyarderin səs-küylü boşanma işi
Tatyana Əhmədova, Teymur Əhmədov

Azərbaycanlı iş adamı Fərhad Əhmədovun boşanma məsələsi dünya mətbuatında geniş işıqlandırılır.

Bu dəfə BBC Rusiyada qazanılan sərvətin London məhkəməsində necə bölünməsindən bəhs edib.

Bizimyol.info xəbər verir ki, iş adamının həyat yoldaşı Tatyana Əhmədova onun var-dövlətin əhəmiyyətli hissəsini gizlətdiyini düşünür. Qadının fikrincə, 27 yaşlı oğlu Teymur bu işdə atasına kömək edib. Teymuru bir müddətdir məhkəməyə cəlb etmək olmurdu. O, hakim Qvinet Noulza stress yaşadığını bildirib: “Bilmirdim neyləyim. Hər halda, məni anam məhkəməyə verib. Mənim 27 yaşım var. Çox içirəm. Mənə zəmanət verilməlidir ki, pasportum əlimdən alınmayacaq, sonra çıxıb gedə biləcəyəm”.

Fərhad Əhmədov Fərhad Əhmədov

London Ali Məhkəməsində 150 milyon dollarlıq incəsənət nümunələri, İngiltərə paytaxtındakı 50 milyon dollarlıq mənzil müzakirə predmeti olub. Amma Tatyana ona daha böyük haqqın çatdığını düşünür.

İngilis məhkəməsi ərlə arvadı hələ 2016-cı ilin dekabrında boşayıb. 150 milyon dollarlıq incəsənət nümunələri ilə yanaşı, 450 milyon dollar nağd pul da məhkəmə qərarı ilə qadına çatıb. Hələ 25 milyon funt sterlinq dəyərində bağ evi, “Aston Martin” avtomobili də Tatyanaya verilib. Amma 4 il sonra qadın bildirir ki, o, cəmi 5 milyon dollar alıb.

Tatyana bütün dünyada Fərhad Əhmədovun sərvətini axtarır. O, Marşal adalarından Kiprə, Fransadan ABŞ-a qədər gəzib. Milyonçu qadın avqustda Dubayda 9 göyərtəli “Luna” yaxtası uğrunda gedən məhkəmə prosesində uduzub.

Fərhad Əhmədov keçmiş həyat yoldaşına pul vermək fikrində olmadığını gizlətmir. O, son bir ildə Teymurun hesabına 70 milyon dollar yatırıb. Tatyana hesab edir ki, Fərhad Əhmədov milyardları həm də belə gizlədir.

Tatyana Əhmədovanın və onun vəkillər komandasının əsas məqsədi Teymurun etirafedici ifadəsini almaqdır. Bu yolla Fərhad Əhmədovun boğazından yapışmaq olar.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »