Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Artıq xarici pasportla yox, şəxsiyyət vəsiqəsilə Azərbaycana qarşlıqlı gediş-gəlişimiz mümkündür”
Rəcəb Tayyib Ərdoğan

“Türkiyədən Azərbaycana və əksinə - Azərbaycandan Türkiyəyə artıq şəxsiyyət vəsiqəsilə heç bir maneə olmadan səfərimiz mümkün olacaq. Artıq xarici pasportla gediş-gəlişə ehtiyac yoxdur”.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə keçirdiyi növbəti iclasında Azərbaycanla bağlı müzakirələrin olduğunu qeyd edərkən bu fikirləri səsləndirib.

R.T.Ərdoğan deyib ki, Azərbaycanla Türkiyə arasında qəbul edilən bütün müqavilələr iki qardaş ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirəcək: “Qarşılıqlı vizasız səyahət imkanları ilə yanaşı, media, sərmayə yatırımı, müdafiə sənayesi və infrastruktur başda olmaqla hər sahədə əməkdaşlığımızdan daha uğurlu nəticələr qazanacağımıza əminəm. Dəyərli qardaşım İlham Əliyevin dəvətilə əlaqədar dost ölkəyə səfərimizlə bağlı şəxsim, həyat yoldaşım və millətim adına özünə, həyat yoldaşına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Qazanılan zəfərlə bağlı bir daha Azərbaycan türklərini təbrik edirəm”.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »