Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhməramlılar mandatını pozub"
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Politoloq Nəzakət Məmmədova: "Rusiyanın digər həmsədrlərlə münasibətləri gərginləşib"

Son günlər sülhməramlı kontingentiə kimi Qarabağa gətirilmiş Rusiya hərbi heyətinin fəaliyyəti ilə bağlı çox geniş və qızğın müzakirələr gedir. Son olaraq Xocavənd rayonuna bağlı Hadrut qəsəbəsi istiqamətində erməni silahlı birləşmələrinin qalıqları Azərbaycan hərbi qulluqçularına qarşı terror aktı törətdi, həlak olan və yaralananan hərbçilər və mülki şəxs var. Rusiya sülhməramlı kontingenti adlanan heyətin həmin insidentlə bağlı atdığı addımlar birmənalı qarşılanmadı.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

Bəs bu hadisələrin pərdəarxası nədir və hansı nəticələrə səbəb olacaq?

Müsahibimiz beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, politoloq Nəzakət Məmmədovadır.

- Nəzakət xanım, Rusiya sülhməramlı kontingenti Qarabağda öz mandatından kənara çıxır, yeni, əsası olmayan xəritələr tərtib edir. Rusiya tərəfi 10 noyabr üçtərəfli sazişdən kənara çıxır. Bu, hansı hərbi-siyasi nəticələr doğura bilər? Burda məqsəd nədir? Rəsmi Bakının mövqeyi necə olmalıdır?

--Rusiya sülhməramlılarının öz mandatından kənara çıxdığını iddia etmək üçün onların nizamnaməsi ilə tanış olmaq, mandatın çərçivələrinin nədən ibarət olmasını dəqiqləşdirmək lazımdır. Həmin sənədlərlə əhatəli şəkilə tanış olduqdan sonra məlum olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlı əməliyyatların yenilənmiş xəritəsi yerləşdirilib. Bildiyimiz kimi, sülhməramlılar Şimal və Cənub məsuliyyət zonasına bölünərək, öz üzərlərinə sülhü qorumaq öhdəliyi götürmüşlər. Lakin onların öz əvvəlki mandatından kənara çıxmasını görmək olar. Dekabrın 12-də Azərbaycan xüsusi təyinatlıları ilə meşələrdə gizlənmiş təxribatçı ermənilər arasında toqquşmalaradək silahlı qarşıdurmanın baş verdiyi iki kənd Azərbaycanın işğaldan azad etdiyi Hadruta daxil olduğu üçün 11 noyabr xəritələrində sülhməramlıların məsuliyyət zonasına aidll deyildi. 10 noyabr razılaşmasına görə Rusiya sülhməramlıları Azərbaycanın nəzarətində olan ərazilərə, ümumiyyətlə, ayaq basmamalıdır, onlar ermənilərin nəzarətində olan ərazilərlə Azərbaycanın işğaldan azad etdiyi ərazilər arasında dayranaraq toqquşmalaın baş verməsinə mane olmalıdırlar. Lakin erməni terrorçuların ərazidə qalıb təxribat törətməsinə şərait yaratmaq, sonra isə həmin əraziləri öz tərtib etdikləri sülhməramlı əməliyyatların xəritəsinə daxil edərək, olduqları arealı geniləndimək tamamilə qanunsuzdur.

- Bu günlər narahatlıq doöuran bir sual da budur ki, Rusiya və o biri həmsədrlər status məsələsini gündəmə gətirə bilərlərmi? Ermənistanın keçmiş xarici işlər naziri Nalbandyan artıq Kazan prinsiplərindən danışır.

Deyir Azərbaycan razı olmadı...

--Rusiyanın status məsələsini gündəmə gətirib-gətirməyəcəyi ilə bağlı mövqeyi barədə konkret məlumat yoxdur, hər halda nə 10 noyabr sazişində, nə də ondan sonrakı dövrdə Rusiya rəsmilərinin çıxışlarında bununla bağlı fikirlərə rast gəlinməyib. Lakin Minsk Qrupunun digər iki həmsədrlərinin məhz bunun üçün çalışdığı göz önündədir. Hər halda nə Bakıda, nə Yerevanda Rusiyadan olan həmsədr Popov gözə dəymirdi. Onun xəstəliyi ilə əlaqədar iştirak etmədiyi deyilsə də, aydındır ki, artıq ABŞ, Fransa və Rusiya arasında münasibətlər sülhməramlı məsələsinə görə gərginləşib. Minsk Qrupunun müzakirə üçün əlində olan son predmet status məsələsidir ki, o, bundan regionda öz iştirakını saxlamaq, Azərbaycana təzyiq göstərmək üçün istifadə etməyə çalışır. Doğrudur, bəziləri belə əsassız fikirlər səsləndirir ki, Qarabağa müvəqqəti aralıq status verilsin, böyük dövlətlər onun qarantı rolunda çıxış etsinlər. Lakin bunlar ermənilərin və onlara rəğbət bəsləyən qüvvələrin mənasız planlarıdır. Azərbaycanın hərbi üstünlüyü status məsələsini gündəmdən çıxarıb və Rusiya da daxil olmaqla həmsədr və ya qeyri ölkə bunu gündəmə gətirərsə, öz neytrallığını bir daha şübhə altına qoyacaq. Məsələn, Fransa parlamenti qəbul etdiyi məlum sənədlə status məsələsini gündəmə gətirmək planının olduğunu göstərib və bununla da neytral ölkə imicinin olmadığını növbəti dəfə sübut edib. D.Peskov bildirib ki, BMT-nim 4 qətnaməsi əsas götürülməlidir. Status məsələsi uzun illər Minsk qrupunun həmsədrlərinin danışıqlar masasında gündəlikdə olmuşdu. Azərbaycan ermənilərin işğal etdikləri ərazilərdən könüllü çəkilməsi qarşılığında status verməyə hazır olduğunu bildirirdi. Azərbaycan öz gücünə torpaqların bir hissəsini işğaldan azad etdiyi halda, heç bir statusdan söhbət gedə bilməz. Ermənilər bu fürsəti 27 sentyabrda əldə verdilər.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »