Koronavirusun yayıldığı ilk günlərdə amerikalı iş adamı Bill Qeyts çox ittiham olunurdu.
Milyarderin epidemiyanın yayılmasında maraq güddüyü bildirilirdi. Buna görə də zamanla onun koronavirus haqda dedikləri qəzəblə qarşılanır.
Bizimyol.info xəbər verir ki, Bill Qeyts yenə bədbin danışıb. CNN-ə danışan dünyanın üçüncü zəngin insanı 2021-ci ilin aprelinə qədər virusdan daha 200 min nəfərin öləcəyini bildirib.
Qeyts deyib ki, virus gələn il indikindən daha öldürücü ola bilər. Milyarder sosial məsafə və maska qaydalarına riayət etməyin vacibliyindən danışıb. Onun fikrincə, ABŞ dünyaya bu bəladan qurtulmaq üçün kömək etməlidir.
Amerikalı milyarder bir neçə nikbin ifadə də işlədib. Qeyts yaxın aylarda daha çox vaksinlərin ortaya çıxacağını deyib. “Microsoft”un rəhbəri indiyə qədər vaksinlərin hazırlanmasına 1.75 dollar yardım edib.
Dünyada virusa yoluxanların sayı 73 milyon nəfərə çatıb. 1.6 milyondan çox insan infeksiyadan həyatını itirib.