Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani Türkiyə Prezidentinin Bakıda oxuduğu şeirə münasibət bildirib
Həsən Ruhani

İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda oxuduğu şeirə münasibət bildirib.

APA-nın məlumatına görə, Ruhani Türkiyə və İranın qonşu ölkələr olduğunu, bu iki ölkənin münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Rəcəb Tayyib Ərdoğan

“Türkiyə rəsmiləri açıq şəkildə bildirdilər ki, o, Azərbaycanın torpaqlarının azad olunmasından duyduğu sevincli bildirmək niyyətində olub. Ərazi bütövlüyü, İranın mövqeyi xüsusi əhəmiyyətə malikdir. Türkiyə rəsmiləri açıq şəkildə bildirdi ki, cənab Ərdoğanın həmin çıxışında regional əməkdaşlığa diqqət yetirib. Cənab Ərdoğanı tanıdığım üçün onun İranın ərazi bütövlüyünü şübhəyə alacağına inanmıram”.

Ruhani deyib ki, bu məsələyə etiraz bildirmək onların haqlarıdır.

“Ümumiyyətlə, cənab Ərdoğan çoxlu şeir oxuyur. Düşünürəm verilmiş izahatlarla bu məsələdən yan keçə bilərik. İran xalqının həssaslıq nümayiş etdirməsi çox normaldır. Bütün dünya bilməlidir ki, İran xalqı üçün torpaqlarının bir milli metri də önəmlidir, hamı öz çıxışında bu məsələyə diqqət etməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Ərdoğanın Bakıda keçirilən Zəfər paradında "Ay Laçın" bayatısını səsləndirməsi İranda ciddi narazılığa səbəb olub. Xarici işlər naziri Cavad Zərif sosial şəbəkələrdə Ərdoğanı ittiham edib. Bundan sonra İranın Türkiyədəki səfiri Türkiyə XİN-ə çağırılıb və izahat alınıb.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »