İsrailin Baş Naziri Binyamin Netanyahu koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün dekabrın 18-dək özünütəcrid rejimində olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat katibi Anna Yonatan-Leus bildirib. Onun sözlərinə görə, Netanyahu iki dəfə test verib və nəticələr neqativ çıxsa da, özünütəcrid rejimində olacaq.
Qeyd edək ki, bu, Netanyahunun artıq üçüncü özünütəcrid rejimidir.