Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər yerdə COVİD-19 var, səhiyyədə islahat dərman bazarından başlamalıdır "- Həkimlərdən çağırış
koronavirus

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının kəskin artımı çox böyük narahatlıq doğurur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bir sıra qadağaların tətbiq edilməsinə qərar verilib.

Bizimyol.info xəbər verir ki, ekspertlər bu istiqamətdə həyata keçirilən bütün tədbirlər vətəndaşların sağlamlığını tam qorumayacaq.

Həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin arasında kifəyət qədər gənc və cavan insanlar müşahidə edirik: “Dəfələrlə dedik, virusa münasibət individualdır. Hər kəs bir cürə reaksiya verir. Hər şey insanın şəxsi sağlamlığından və immunitetdən asılıdır. Gəlin, bu acınqcaqlı halın səbəblərini araşdıraq.

İlk növbədə onu qeyd etmək lazımdır ki, insanın yaşı şəxsiyyət vəsiqəsindəki formal rəqəmdən başqa bir şey deyil. Siz fizioloji olaraq 35 yaşda ola bilərsiz, bu önəmli deyil; amma sizin bioloji yaşınız 50-dirsə, deməli sizin orqanlarınız, hüceyrələriniz “qocalıb”. Bunun səbəbləri müxtəlifdir. İlk növbədə müasir gənclər rejimsiz və düzənsiz həyat sürür. Evdə yemək yemirlər, fast food və ya restoran yeməyinə üstünlük verirlər, nəticədə keyfiyyətsiz qida və mənşəyi naməlum məhsullar mədə-bağırsaq-qaraciyər-mədəaltı vəzi sistemini, zamanla ürək damar sistemini və böyrəkləri sıradan çıxardır. Sağlamlığın çox önəmli hissəsi dərin və zamanında olan yuxudur. Yuxunun ən vacib fazası saat 11-3 arasıdır ki, bu aralıqda sağlamlığımız və bədənimizin dincəlməyi üçün həyati vacib maddə olan melotonin sintez olunur. Demək olar ki, heç bir gənc və orta yaşda olam insan bu saatda yatmır. Deməli, gündəlik fiziki və emosional yükləmədən təmizlənə və bərpa ola bilmir. Digər səbəblər aktiv olmayan həyat tərzi, fiziki hərəkətlərin demək olar ki, olmaması, zərərli vərdişlər ( siqaret, enetji, rəngli-qazlı şirələr ), maddi sıxıntılardan doğan mənəvi emosional aşınma, sevginin və həyatda stimulun olmadığı düzənsiz həyat gənclərin immunitetini ciddi zədələyir. Bir başqa səbəb də “mənə heç nə olmaz” təfəkkürüdür. Bəli, 3-5-10 gün heç nə olmur, amma sonra virus yükləməsinin yüksəlməsi nəticəsində orqanizm çökür. Xəstəlik sağlam bildiyin bədənə qalib gəlir”.

M.Hüseynov qeyd edib ki, koronavirusun sürətlə yayılmasının digər səbəbi də yetərsiz test saylarıdır: “Biz 10 milyonluq kiçik ölkəyik. Giriş-çıxışlar 7-8 aydır bağlıdır. Gündə 10 min deyil 100 min test aparılsaydı, 3 aya biz problemi tamamilə çözmüş olardıq. Testin bahalığı səbəbindən insanlar kütləvi sürətdə test oluna bilmir, nəticədə hamı hər kəsi yoluxdura-yoluxdura gəzir. Zatən boşuna milyonlarla pul xərcləndi. Bundansa, bütün poliklinikalara test paylayıb kütləvi sürətdə hər kəsi test etsəydik, xəstə sayını tez müəyyənləşdirib lokallaşdıra bilərdik.

Bugünkü problemdə əsas səbəblərdən biri də Nazirlər kabineti yanında Operativ Qərargahın 4 aylıq qapanma, SMS icazə sistemi, insanları yayın ortasında günəşsiz, dənizsiz və vitaminsiz qoyması oldu.

Sistemin bu qədər xəstə yükləməsini qaldıra bilməyəcəyi hər kəsə bəlli idi. Əgər inkişaf etmiş dünya ölkələrində səhiyyə sistemi çökübsə, bizdə necə olmalı idi ki? Bu xəstə sayını heç bir ölkə qaldıra bilməz.

İnsanlar özlərini maksimum qorumalı idilər, amma onu da etmədilər.

Dərmanlar haqqında danışamağın isə mənası yoxdur. Bizdə elementar ehtiyac dərmanlarının istehsalı yoxdur. Ciddi şirkətlər çoxdan ölkəni tərk edib, bu gün nəinki antiviral, hətta elementar vasitələrin də sıxıntısı çəkilir. Əgər səhiyyə sistemində islahata başlanacaqsa, bu ilk öncə dərman bazarından başlamalıdır. Çünki durum faciəvidir.

Bu saatdan sonra nə edək sualına isə artıq cavan vermişik. Hər kəs özünü bacarıdğı qəqər qorusun. SMS icazə sisteminin geri gəlməsinin heç bir mənası və xeyri olmayacaq, çünki virus küçədə yox, evlərdədir. Hər şey normala dönəcək, say azalacaq, amma qapanmaya görə yox, əhalinin böyük əksəriyyətinin xəstə olduğuna və sağaldığına görə. Bunun üçün 10-15 günə ehtiyacımız var. Çalışın yaxən həftələrdə xəstələnməyin”.

Həkim Yazgül Abdıyeva bildirib ki, bəzi insanlar koronavirusa inanmadılar, bəziləri maskanı forma kimi taxdılar, gizli toy etdilər, gizli ehsan verdilər: “Nə qədər günahsız insanlar özlərini qorusalar da ətrafdakı insanların səhlənkarlığının qurbanı oldular. Problemlər isə hələ də var. Belə ki, apteklərdə antiviral dərman yoxdur, “103 xidmət”i yüklənib. Yüngül xəstələr xəstəxanalarda yerləşdirilir, ağır xəstələrə isə yer tapılmır. Buna ciddi nəzarət edilməli və yüngül xəstələr evdə müalicə almalı, ağır xəstələr isə təcili xəstəxanya yerləşdirilməlidir!

Bütün işləyən müəssisələrdə 2 həftədən bir test müayinəsi etmək, test sayını artırmaq lazımdır. Özünüzü qoruyun, virusun təhlükəsi artıq hər yerdə var!”

Ramid İbrahimov

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »