Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyləqanda şirkətdən oğurluq edən şəxslər saxlanılıb
Həbs

Beyləqan Rayon Polis Şöbəsinə 1-ci Şahsevən kəndi ərazisində yerləşən şirkətlərin birindəki kassadan 89 000 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 13-də RPŞ-yə daxil olmuş müraciətlə əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb. “İsti izlərlə” və peşəkarlıqla davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar. Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V. Pənahlının pulu oğurlayaraq İ. Nərimanova verməsi müəyyən edilib. İ. Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41000 manat və 1680 ABŞ dolları maddi sübut kimi götürülüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oğurlanmış məbləğin digər qisminin də müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »