Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhidimiz
Şəhid cənazəsi

Vətən müharibəsinin qəhrəmanları ilə tanışlığımız davam edir. Bu gün dünyaya 20 yaşında vida etmiş, cənnət qoxulu bir igidimizdən danışacağıq.

Rüstəmov Zamin Səxavət oğlu 17.10.2000-ci ildə Füzuli rayon Aşağı Yağlıvənd kəndində doğulub, boya başa çatmışdı. Dövlət Sərhəd Xidmətində gizir idi.Yevlaxda xidmət göstərirdi.

Zamin Rüstəmov Zamin Rüstəmov

Kiçik yaşlarında musiqi ilə məşğul olurdu və gözəl səsi var idi. Lakin vətənə olan sevgisindən hərbi yolu seçdi və tez bir zamanda gizir vəzifəsinə qədər yüksəldi.Müharibə başladıqda Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin nəzdində ön cəbhədə xidmət edib. Sonuncu dəfə 21 oktyabrda ailəsi ilə əlaqə saxlamışdı. O gündən sonra itkin idi.Oktyabrın 23-də Zəngilan rayonunun Agbənd kəndi istiqamətində döyüşlərdə həlak olub. Cəsarətlə döyüşən Zamin əsir düşməmək üçün son gülləsini özünə vururaq şəhadətə qovuşub.

Nəşi 11 gün sonra – noyabrın 4-də Füzuli rayonu Aşağı Yağlıvənd kəndində uğrunda can qoyduğu torpağa tapşırılıb. Zamin həmişə ailəsində zarafatla “ mənimlə fəxr edəcəksiniz” ifadəsini işlədərdi. Dedikləri gerçək oldu. Ölümü hamını yandırdı, hamımızın qüruru yeri oldu. Nur içində yat, şəhidim. Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq.

İlhamə

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »